Icma.az
close
up
RU
Zamanımız xeyir Mir Şahin yazır

Zamanımız xeyir Mir Şahin yazır

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Prezident İlham Əliyevin ABŞ-a səfəri zamanı əldə olunan tarixi nəticələr Azərbaycanın bir dövlət  kimi tam müstəqilliyinin növbəti nümayişidir. 

Birincisi, Çərçivə Sazişi Qalib tərəfin- Prezident İlham Əliyevin şərtləri əsasında hazırlanıb və sənəd 2025-ci ildə-Dövlət Suverenliyi, habelə Konstitusiya İlində imzalanmaqla Bakının siyasi təqviminin xarakterinə uyğundur. Bu Sənəd məhz Azərbaycan tərəfinin tərtib etdiyi geosiyasi arxitekturanın legitimləşdirilməsidir. Ərazi bütövlüyünü bərpa və dövlət suverenliyini təmin etmiş Azərbaycan öz tarixinin mühüm beynəlxalq sənədinə milli maraqlarını, dövlət mənafelərini qoruya bilməklə yetişib. 

Bu gün Azərbaycan ərazisində bir xarici hərbçi belə yoxdur. 

Azərbaycanın bayrağının kölgəsi (işığı!), Himnimizin səsi ərazilərimizin hər bir millimetrinə düşür. İndi önündə dayandığımız Möhtəşəm Reallıq separatizmin tabutuna vurulmuş sonuncu mismarı ABŞ başda olmaqla qlobal güclərin də artıq tam qəbul etməsidir. 

Bu gün biz hər ikisi təxminən 33 il davam etmiş beynəlxalq mütəşəkkil anti Azərbaycan layihələrin-ATƏT-in Minsk Qrupu və "Azadlığı Müdafiə Aktına 907-ci düzəliş”in bitirilməsinin də şahidi oluruq. Hər iki layihə ruh ekizi olmaqla Azərbaycanın məğlubiyyətinə hesablanmışdı. 

Minsk Qrupunun da, 907-ci düzəlişin də son nəticədə hədəfi bir idi. Qarabağı Ermənistana təslim etdirmək! Minsk Qrupunun  ləğvi kimi 907-ci düzəlişin aradan qaldırılması da Azərbaycan həqiqətinin, mütləq ədalətin bərpası olacaq. 

Sənədi ABŞ konqresi Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi bir dövrdə qəbul etmişdi və bəhanə də bu idi ki, guya Azərbaycan 

Ermənistana "blokada” tətbiq edib. Düzəliş Azərbaycana ABŞ-dən dövlət yardımının göstərilməsini qadağan edirdi. 

Xatırlayıram: 907-ci düzəliş tətbiq ediləndə də,  ATƏT-in Minsk Qrupu yaradılanda da reportaj hazırlamışdım. Təxminən 33 il əvvəl. 1992-ci ildə.  İndi 2025-ci ildir. Və mən daha bir bərpa tarixinə şahidlik edirəm. Ədalətin, haqqın ərazi bütövlüyü daha iki böyük tarixi hadisə hesabına təmin olunur. 907-ci düzəliş ləğv olunur, Minsk Qrupu tarixə gömülür və mən yenidən bu mövzularda yazıram. 

Şuşa gedəndə və

Şuşa qayıdanda, Xankəndi gedəndə və Xankəndi qayıdanda, Kəlbəcər gedəndə və Kəlbəcər qayıdanda, Ağdam, Laçın…Qarabağın və Şərqi Zəngəzurun hər bir şəhəri gedəndə və qayıdanda danışdığım, yazdığım kimi. Yenə burdayam. Tarixin içində. 

Adi bir reportyor kimi öz peşəmin içində. Məsul və məsud Vətəndaş tək Azərbaycanın xidmətində. Xoşbəxt olmaqdan ötrü adama daha nə lazımdır ki? 

Sabahınız xeyir! 

Günortanız xeyir!

Axşamınız xeyir! 

Zamanınız xeyir!

Mir Şahin Ağayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 08 Avqust 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri