Icma.az
close
up
RU
Zamanla yaxşı milli olduğumuzu sübut edəcəyik Mahir Emreli

Zamanla yaxşı milli olduğumuzu sübut edəcəyik Mahir Emreli

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb. D qrupunda yer alan komandamız Polşanın Krakov şəhərində Ukrayna yığmasının qonağı olub. Matç Ukrayna yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Sportal.az xəbər verir ki, oyundan sonra millimizin hücumçusu Mahir Emreli jurnalistlərin suallarını cavablandırıb:

- Fransa və Ukrayna ilə matç barədə düşüncələrin?

- Fransa ilə müdafiə futbolu oynadıq. Çalışırdıq rəqibin hücumlarının qarşısını alaq. Fransanın gücü hamıya bəllidir. Bizdən üstün rəqiblər belə Fransa yığmasına qarşı oyunda çətinlik çəkir. Ukrayna ilə oyunda komandanın istəyindən hiss olunurdu ki, yaxşı nəticə əldə etmək istəyirik. Yığmada ölkəni sevməyən futbolçu yoxdur. Sistem doğru olanda rəqibə qarşı istədiyimiz oyunu göstərə bilirik.

- Azarkeşlərin Fransa ilə oyunda zəif çıxışına görə səni qınamasına görə bu gün ehtiyatda qaldığını demək olar?

- İnanmıram Ayxan müəllim buna görə qərar versin. Əvvəldən danışılmışdı ki, Fransa ilə oyunda təcrübəli futbolçular lazım idi deyə mənə üstünlük verilmişdi. Fransızlarla matçda hər kəs əlindən gələni etdi. İnsanların narazı olduğu məqamı anlaya bilmirəm. Bəlkə də buna qarşı pozitiv yanaşmaq lazımdı. Fransaya 45 dəqiqə qol şansı verməmişdik. Meydanın içində özümüz inanmağa başlayırdıq ki, xal almaq olar (gülür). Amma rəqibin top səviyyəli futbolçuları var və oyunun taleyini də həll etdilər.

İki oyunda çərçivəyə cəmi 2 dəqiq zərbə vurmuşuq...

- Zərbələrdən biri qol olub (gülür). Başa düşürəm ki, belə məqamlara diqqət yetirirsiz. Bir neçə ölkədə oynamışam. Media nümayəndələrinin ilk öncə neqativə, sonra isə, pozitivə baxdığının şahidi olmuşam. Əslində, bu, yaxşı şeydir. Nəzərə almalıyıq ki, Ayxan müəllimin üçüncü oyunudur. Ukrayna ilə keçirilən iki oyunda böyük fərq hiss olunmadı. Sadəcə, yeni məşqçi, yeni sistem... Bizim birlikdə olmağa çox vaxtımız olmayıb. Tək mən yox, yerli çempionatda limit ləğv olunduğu üçün bir neçə futbolçu komandasında daimi çıxış etmir.

- İslandiya Fransa ilə heç-heçə oynadı. Düçüncələrin?

- Fransa və İslandiya kimi komandalar illərdir birlikdə oynayırlar. İndi baş məşqçimiz yerlidir. Mentalitetimizi bilir və bu da bizə əlavə motivasiya verir. Zamanla yaxşı milli olduğumuzu sübut edəcəyik. Ən azı bu rəqiblərlə başa-baş mübarizə apara bilərik.

Mirbağırağa, Krakov, Polşa

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://sportal.az
archiveBu xəbər 14 Oktyabr 2025 03:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri