Zamiq birinci sinfə başlayan oğlundan YAZDI: “Atan hər zaman arxanda dayanır” VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Müğənni Zamiq Hüseynovun oğlu Zeyn birinci sinfə başlayıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı Zamiq instaqramda görüntülər paylaşıb.
O, sevincli olduğunu bildirərək bunları yazıb:
“Oğlum… Bu gün həyatının ən mühüm səhifələrindən biri açıldı. Balaca əllərinlə məktəbin qapısından içəri addım atdın, amma mənim üçün sən həmişə o körpə qolları ilə boynuma sarılan balaca oğlumsan. Səni seyr edərkən həm qürurlandım, həm də kövrəldim. Çünki böyüməyini izləmək mənim üçün həm sevinc, həm də göz yaşları deməkdir.
Arzum budur ki, yolun hər zaman işıqlı, qəlbin mərhəmətli, biliklərin sonsuz olsun. Unutma, oğlum: sənin arxanda hər zaman atan dayanır – bütün gücü, sevgisi və duaları ilə. Səni ürəyim qədər sevirəm. Birinci sinfin mübarək, həyatımın ən gözəl hədiyyəsi. Allah bütün övladları xoşbəxt eləsin!”.

Sara, Bizim.Media
Baxış sayı:42
Bu xəbər 15 Sentyabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















