Zaporojye AES in enerji təchizatı kəsilib, AEBA nüvə riskləri barədə xəbərdarlıq edib
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukraynadakı Zaporojye AES bu gün səhər saatlarında xarici elektrik mənbəyindən tamamilə ayrılıb.
APA xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) bəyanatında deyilir.
Məlumata görə, səhər saatlarında Zaporojye AES-i təmin edən sonuncu xarici elektrik xətti də sıradan çıxıb və stansiya tam şəkildə xarici enerji təchizatını itirib.
Bildirilir ki, təhlükəsizlik sistemlərinin işləməsini təmin etmək üçün ehtiyat dizel generatorları avtomatik olaraq işə düşüb. Obyektdə daimi fəaliyyət göstərən agentliyin komandası vəziyyəti nəzarətdə saxlayır.
“Xarici elektrik təchizatının yenidən itirilməsi münaqişə şəraitində nüvə təhlükəsizliyi üçün risklərin nə qədər yüksək olduğunu göstərir”, — AEBA-nın baş direktoru Rafael Qrossi bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 14 Aprel 2026 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















