Icma.az
close
up
RU
Zaqatala nın baş məşqçisi lideri məğlub edəcəklərinə inanır AÇIQLAMA

Zaqatala nın baş məşqçisi lideri məğlub edəcəklərinə inanır AÇIQLAMA

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Millilərin oyunları ilə əlaqədar yaranan fasilə dönəmində sınaq matçına çıxmayan, sentyabrın 30-da keçirilən ikitərəfli oyunla kifayətlənən "Zaqatala" 1-ci Liqanın 4-cü turunda lider "Şahdağ Qusar"ın qonağı olacaq. Zaqatala təmsilçisinin baş məşqçisi Rakif Əliyevlə əlaqə saxlayıb qarşıdakı matçdan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Şahdağ Qusar"ın güclü və zəif cəhətlərini özümüz üçün müəyyənləşdirmişik. Hücumda, müdafiədə, keçidlərdə necə oynadıqlarını, standart vəziyyətlərdən necə istifadə etdiklərini bilirik. Futbolçulara da bu barədə məlumat vermişik, necə oynamalı olduqlarını diqqətlərinə çatdırmışıq. Məşqlərimizi davam etdirir, matça səylə hazırlaşırıq. 

"Şahdağ Qusar" kombinasiyalı hücumlar etməyi bacaran, istər cinahlardan, istərsə də mərkəzdən uğurlu həmlələr qura bilən kollektivdir. Yəni rəqib bir yox, bir neçə variantda qol axtarışına çıxır. Eyni sözləri müdafiə xətti barədə də deyə bilərəm. Üz-üzə gələcəyimiz komandanın müdafiəsi də etibarlıdır. Bütün bunları futbolçulara izah etmişik. Hərçənd necə olacağını zaman göstərəcək".

Rakif bəy "rəqibin gücünü nəzərə alsaq, mümkün bərabərlik sizin üçün yaxşı nəticə sayılacaqmı" sualını belə cavablandırdı: "Hər oyuna qələbə üçün çıxan məşqçilərdənəm. Heç-heçə mənim üçün heç vaxt yaxşı nəticə sayıla bilməz. Bu oyunda da hədəf qələbədir. İnanıram ki, futbolçularımız əllərindən gələni edəcəklər və 3 xal qazanacağıq. Onu da deyim ki, "Şahdağ Qusar"ın heyətində "Karvan-Yevlax"dakı sayda zəngin təcrübəyə malik oyunçu olmasa da, daha döyüşkəndirlər. İki döyüşkən kollektiv mübarizəsini izləyəcəyik. Kim daha yaxşı mübarizə aparsa, o da qalib gələcək".

Qeyd edək ki, "Şahdağ Qusar" - "Zaqatala" qarşılaşması oktyabrın 7-də keçiriləcək. Binə qəsəbə stadionunda baş tutacaq görüşün start fiti 15:30-da səsləndiriləcək.

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://fanat.az
archiveBu xəbər 02 Oktyabr 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see722

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see585

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see301

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see298

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see290

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see289

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see268

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see267

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see263

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see251

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see250

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see248

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see245

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see244

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see243

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see240

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see225

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see218

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see208

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri