Zaqatala nın baş məşqçisi: Qərar olmadan kiminləsə danışsaq, bu, qeyri peşəkarlıq olar
Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
"12 oyuna 17 xal qazanmışıq. Daha çox ola bilərdimi? Bəli". Bu sözləri Sport24.az-a açıqlamasında "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov deyib.
Bölgə təmsilçisinin baş məşqçisi qış fasiləsində transferlərlə bağlı klub rəhbərliyindən cavab gözlədiyini də bildirib:
"Bəzi matçlarda yersiz xal itkilərimiz oldu. Yeni transferlərlə bağlı rəhbərliklə danışıq gedir, cavab gözləyirik. Son qərarı klub rəhbərliyi verəcək. Hansısa futbolçu ilə qarşılıqlı razılaşma əsasında yolları ayırsaq, onun əvəzinə yeni futbolçular cəlb edə bilərik. Konkret danışdığımız oyunçu yoxdur. Qərar olmadan kiminləsə danışsaq, bu, qeyri-peşəkarlıq olar".
Qeyd edək ki, "Zaqatala" Birinci Liqada 12 xalla 5-ci pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 29 Dekabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















