Zaqatala nın mərkəz müdafiəçisi iki klubun təklifini geri çevirdi
Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
1-ci Liqanın ən yaxşı müdafiəçilərindən sayılan, son mövsümü "Zaqatala"da keçirən Nemət Şıxəmirovun karyerasını harada davam etdirəcəyi hələ də qeyri-müəyyəndir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 22 yaşlı futbolçunun adı "Mingəçevir" və "Difai" ilə yanaşı çəkilsə də, o, danışıq apardığı klublarla razılığa gələ bilməyib.
Ötən mövsüm "Zaqatala"dakı qazancından narazı qalan arxa xətt oyunçusunun yeni mövsümə hansı klubda başlayacağı hələ də dəqiqləşməyib. Hərçənd indiki durumda onun "sarı-qaralar"la müqavilə yeniləmək ehtimalı daha real görünür.
Xatırladaq ki, "Mingəçevir" 1-ci Liqadakı mübarizəni 4-cü, "Zaqatala" pillədə başa vurub. Çempionatı 9-cu sırada tamamlayan "Difai" isə pley-off oyununda 2-ci Liqada 4-cü yeri tutmuş "Quba"nı (ötən mövsüm "Haypers Quba" adı ilə çıxış edib) 3:1 hesabı ilə yenərək 1-ci Liqadakı yerini qoruyub.
Rafael
Baxış sayı:64
Bu xəbər 05 Avqust 2025 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















