Icma.az
close
up
RU
Zaqatala nın prezidenti: Təəssüf ki, maliyyə vəsaitimiz tam yetərli deyil

Zaqatala nın prezidenti: Təəssüf ki, maliyyə vəsaitimiz tam yetərli deyil

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Komandamız hədəfə çatmaq üçün bütün imkanlardan səmərəli istifadə edəcək". Sport24.az xəbər verir ki, bunu "Zaqatala"nın prezidenti Şaban Şirdanov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis Premyer Liqada komanda sayının artırılacağı ilə bağlı qərara münasibət bildirib: "Zəngin futbol ənənəsi və futbolçu potensialı baxımından "Zaqatala"nın Premyer Liqada təmsil olunması məqsədə uyğundur. Hesab edirəm ki, komandamızda çıxış edən futbolçuların hər biri Premyer Liqada çıxış etmək potensialına malikdir. Əksər komandalarda da zaqatalalı futbolçular oynayır. Biz onları bir araya gətirib, daha çox yerlilərdən ibarət kollektiv kimi çıxış etməklə Azərbaycan futboluna töhfə vermək niyyətindəyik".

Onun sözlərinə görə, komandanın I Liqada indiyədək olan çıxışı buna deməyə əsas verir: "Motivasiya və mübarizə əzmi yüksək səviyyədədir. Bu da ilk növbədə komandanın təcrübəli baş məşqçisi Rüstəm Məmmədovun və məşqçilər korpusunun gördüyü səmərəli işin nəticəsidir. Üstəlik, futbolçuların da işlərinə peşəkar münasibəti hədəfə çatmağımızın mümkün olduğunun göstəricisdir".

Şabanov klubun mövcud problemlərinə də toxunub: "Dövlət tərəfindən ayrılan vəsait bu məqsəd üçün yetərli deyil və ciddi maliyyə problemlərimiz var. Buna görə də əlavə maddi dəstəyə ehtiyac yaranıb. Bu məsələlərə AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasından sonra qayıdacağıq. Bütün hallarda, Premyer Liqada iştirak etmək üçün heyətin gücləndirilməsi, infrastruktur və dayanıqlı maliyyə məsələləri həllini gözləyən əsas problemlərdir. Hazırda Zaqatala Olimpiya İdman Kompleksinin stadionundan istifadə edirik. Lakin qazonun dəyişdirilməsinə ehtiyac var. Təəssüf ki, maliyyə vəsaitimiz tam yetərli deyil. Bununla belə, motivasiyamızın yüksək səviyyədə olması bizim əsas üstünlüyümüzdür. Mübarizə əzmi ən yüksək səviyyədə olan komandalardan biriyik və sonadək mübarizə aparmağa hazırıq".

Qeyd edək ki, "Zaqatala" I Liqada turnir cədvəlində 14 turdan sonra 21 xalla dördüncü yerdə qərarlaşıb. Onlar lider "Qəbələ"dən 15 xal geri qalırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sport24.az
archiveBu xəbər 17 Fevral 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see216

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see160

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see154

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see149

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri