Icma.az
close
up
RU
Zaqatala və Mingəçevir nəfəsini dərə bilər...

Zaqatala və Mingəçevir nəfəsini dərə bilər...

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Futbol üzrə ölkə çempionatının 1-ci liqasında 24-cü tur da geridə qaldı.
Bilindiyi kimi, bu yarışda nəinki çempionun, premyer-liqaya vəsiqə qazanan komandaların belə adları bəlli olub. Amma belədə intriqanın bitdiyini, qalan matçların formal xarakter daşıdığını düşünə bilmərik. Ona görə ki, hələ turniri hansı komandanın tərk edəcəyinə aydınlıq gəlməyib. Həmçinin "Karvan"la "İmişli" arasında 2-ci yer uğrunda gərgin mübarizə getdiyinin də fərqindəyik. Odu ki, sözü çox uzatmadan detallara keçid almaq yerinə düşər.
Turun açılış matçında "Cəbrayıl" "Baku Sportinq"i qəbul etdi. Qarabağlılar hər iki hissədə üstün oyun sərgilədi ki, hadisələrin axarı bakılıların uduzmasıyla, həmçinin qələbə həsrətinin 7 oyuna çatmasıyla nəticələndi. İnamlı oyunla qələbə qazanan meydan sahiblərinin çətin dönəmdə xal ehtiyatını artırması komanda üçün yetərincə xoş xəbərdi. "Cəbrayıl" indi yüksək əhval-ruhiyyə ilə növbəti oyuna hazırlaşa bilər. "Difai"nin "doğma divarlar" arasında "Mingəçevir"lə qarşılaşdığı oyun Ağsu təmsilçinin böyükhesablı məğlubiyyətiylə nəticələndi. Qonaqların ilk dəqiqələrdən təşəbbüsü ələ alması və bunu erkən qolla tabloya "köçürməsi" "fədailər"in qalan vaxtda daha üç qol buraxmasına gətirib-çıxardı. Təsəlli qoluna penalti sayəsində imza atan meydan sahibləri üçün təhlükəli günlər davam edirsə, 5-ci pilləyə yüksələn mingəçevirlilər böyük sevinc içindədi.
Ardınca daha iddialı komandaların duelini izlədik. "İmişli" - "Qaradağ Lökbatan" matçında möcüzə yaşanmadı. Fərid Namazovun komandası 1-ci liqada qalmaq üçün çırpınan rəqibi evdə məğlub etməklə ikinci sıradakı mövqeyini möhkəmlətdi. "Zaqatala" - MOİK qarşılaşmasına gəlincə, burda meydan sahibləri qalib gəldi. Rüstəm Məmmədovun bir zamanlar premyer-liqaya yüksəlmək həvəsində olan komandası "hərbçilər"i yenməklə çempionatı tərk etmək təhlükəsini xeyli sovuşdurdu. MOİK də arxayınlaşmaq istəyirsə, ya daha çox xal qazanmalı, ya da aşağı sıralarda qərarlaşan rəqiblərinə pis günlər arzulamalıdı.
Təbii ki, turun “şah əsəri” "Karvan" - "Qəbələ" matçı idi. Yevlaxlılar axır ki "qırmızı-qaralar"ı məğlub etməyin formulunu tapdı, iki cavabsız qolla qalib gəldi. O başqa məsələ ki, Kaxaber Sxadadzenin çempion komandası meydanda xeyli arxayın göründü. İstənilən halda, Kənan Kərimovun yetirmələri vacib qələbə qazanmaqla 2-ci pilləni “İmişli”yə vermək niyyətində olmadığını bir daha göstərdi. Bizi son turlarda bu baxımdan çox maraqlı mübarizə gözləyir.
1. Qəbələ 24 18 4 2 46-7 58
2. İmişli 24 14 5 5 40-19 47
3. Karvan 24 13 7 4 50-30 46
4. Zaqatala 24 7 10 7 32-29 31
5. Mingəçevir 24 7 7 10 25-34 28
6. MOİK 24 7 5 12 27-40 26
7. Baku Sportinq 24 7 5 12 20-41 26
8. Cəbrayıl 24 7 4 13 23-30 25
9. Difai 24 6 4 14 32-49 22
10. Qaradağ Lökbatan 24 5 7 12 25-41 22
Bombardirlər: Emil Qasımov (Karvan) - 14, Bəhruz Teymurov (Karvan) - 13, Domi Massumo (Qəbələ) - 12.
Növbəti turun oyunları mayın 8-9-da keçiriləcək: Qəbələ - Cəbrayıl, Baku Sportinq - Difai, Zaqatala - Karvan, Qaradağ Lökbatan - MOİK, Mingəçevir - İmişli.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 May 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri