Zaqatalada 41 yaşlı kişini döyənlərin kimliyi məlum oldu YENİLƏNİB
Icma.az, Lent az portalına istinadən məlumat verir.
Zaqatala sakinini ölümcül döyənlərin kimliyi məlum olub.
Lent.az xəbər verir ki, onlar Hacıyev Hafiz Ramiz oğlu və Abbasov Rasim Süleymanoviçdir.
Xəbər verdiyimiz kimi, Zaqatala rayon sakini Musayev İsgəndər Yusif oğluna tanışları, Hacıyev Hafiz Ramiz oğlu və Abbasov Rasim Süleymanoviç tərəfindən döyülərək qəsdən sağlamlığına ağır xəsarətlər yetirilib.
Faktla bağlı Zaqatala RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Hadisəni törədənlər hələ tutulmayıb.
***
21 oktyabr, saat 15:40
Zaqatalada 41 yaşlı kişi ölümcül döyülüb.
Lent.az-ın məlumatına görə, hadisə gecə saatlarında Zaqatala şəhəri ərazisində qeydə alınıb.
Zaqatala şəhər sakini, 41 yaşlı İskəndər Yusif oğlu Musayev kəllə-beyin travması, başın acıq yarası xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
İlkin araşdırma zamanı İ. Musayevin döyülərək ağır xəsarətlər aldığı məlum olub.
DİN-in Mətbuat Xidməti Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əməli törədən şəxslərin kimliyi müəyyən olunub və saxlanılmaları istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Vüqar Heydərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 22 Oktyabr 2025 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















