Zaqatalada 71 yaşlı kişinin meyiti asılı vəziyyətdə tapılıb
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Zaqatalada 71 yaşlı kişinin meyiti köhnə tikilidə asılı vəziyyətdə tapılıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün rayonun Muğanlı kəndində baş verib.
Belə ki, kənd sakini 71 yaşlı Baxış Hüseyn oğlu Hüseynovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki köhnə tikilidə asılı vəziyyətdə yaxınları tərəfindən aşkar olunub. İlkin araşdırma zamanı B. Hüseynovun intihar etdiyi məlum olub.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
Əldə olunan məlumata görə, B. Hüseynovun ailə quraraq rayonun Qandax kəndində köçən qızı bir-neçə ay əvvəl xərçəng xəstəliyindən dünyasını dəyişib.
Yaxınları övladının vaxtsız dünyasını dəyişməsinin atasına pis təsir etdiyini, daim fikirli göründüyünü deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 05 Mart 2025 21:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















