Icma.az
close
up
RU
Zaqatalada ağac kəsənlərə cinayət işi açılıb və...

Zaqatalada ağac kəsənlərə cinayət işi açılıb və...

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkə ərazisində yaşıllıqların artırılması ilə bağlı dövlət səviyyəsində çox ciddi tədbirlər həyata keçirilir, ilbəil əkilən ağacların sayı artırılır. Lakin buna baxmayaraq, bəzən ana təbiətin “ağ ciyərləri”nə qarşı laqeydsiz münasibətin də şahidi oluruq. Bu günlərdə Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun kənarındakı çoxillik ağacların kəsilməsi və qanunsuz budanması halı da bunu təsdiqləyir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun kənarlarındakı çoxillik ağacların kəsilməsi və qanunsuz budanması ilə əlaqədar cinayət işi açılıb. Bununla bağlı Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə məlumat yayılıb.

Bildirilib ki, daxil olmuş məlumatlar əsasında Zaqatala rayonu ərazisində ağacların qanunsuz kəsilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 259.2.3-cü (qanunsuz olaraq ağackəsmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

İlkin istintaq-əməliyyat tədbirləri ilə Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolu üzərində yerləşən 1100-dən çox ağacın təhlükəsizlik məqsədilə budanması işləri çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Qudayev Muhuma Məmmədəli oğlunun başqa şəxsin adından “14 nömrəli Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Paşayev Rüstəm Kamal oğlu ilə müqavilə bağlayaraq, bu il fevralın 15-16-da həmin ərazidə, ümumilikdə, 140 ağacı qanunvericiliyə zidd formada, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ekoloji tələblərinə riayət etmədən budayaraq zərər yetirməsinə əsaslı şübhələr müəyyən olunub. Belə ki, sözügedən işlər müvafiq təcrübəyə malik olmayan şəxslər tərəfindən, bir çox ağacların alt yarus budaqları götürülməklə və estetik görünüşü korlanmaqla həyata keçirilib, bu işlərdə aidiyyəti nəzarət təşkilatlarının iştirakı təmin edilməyib.

İstintaq zamanı Muhuma Qudayevə məxsus 4 obyektə baxış keçirilib, budanmış ağacların hissələri aşkarlanıb və saxlanca verilib.

“14 nömrəli Yol İstismarı” MMC-nin direktoru Rüstəm Paşayev, 8 saylı “Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin direktoru İlham Namazov, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Maqov kəndi üzrə inzibati ərazi nümayəndəsi Rəcəb Davudov tutduqları vəzifədən azad edilib, müvafiq nəzarət tədbirlərinin həyata keçirilmədiyinə görə 7 saylı RETSİ-nin rəisi əvəzi Anar Süleymanov və həmin idarənin məsləhətçi-müfəttişi Əfqan Şibiyev vəzifələrinin icrasından kənarlaşdırılıb.

Hazırda Zaqatala rayonu ərazisində baş vermiş digər qanunsuz ağackəsmə faktlarının müəyyən olunması istiqamətində ibtidai istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, son illərdə Azərbaycanda əlverişli ekoloji mühitin yaradılması istiqamətində mühüm işlər görülür. Ümummilli Lider Heydər Əliyevin ekoloji siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 20 ildə Azərbaycanda ekoloji problemlərin həlli, əlverişli ekoloji mühitin yaradılması istiqamətində mühüm addımlar atılıb, yeni yaşıllıqlar salınıb. Qarabağ, Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonaları elan edilib. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafının milli prioritetlərindən birinin “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” kimi müəyyən olunması da bu siyasətə nə dərəcədə önəm verildiyini bir daha göstərir. Əbəs yerə deyil ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdi. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər tədbirin ötən il ölkəmizdə keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi də Azərbaycanın milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Bütün bunları nəzərə alaraq demək olar ki, ekologiyanın qorunması, o cümlədən yaşıllıqların artırılması kimi uğurlu dövlət siyasətinə zərər vura biləcək hər bir addımla bağlı aidiyyəti qurumlar tərəfindən bundan sonra da qanuni ölçü götürüləcək və bu işdə nöqsana yol verən vəzifəli şəxslər cəzasız qalmayacaqlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:466
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Fevral 2025 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri