Zaqatalada ağır qəza: xəsarət alan 4 nəfərin vəziyyəti AÇIQLANDI
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
21:24
Zaqatalada baş verən yol qəzası zamanı xəsarət alanların vəziyyəti məlum olub.
TƏBİB-dən bildirilib ki, 04.11.2024-cü il tarixində saat 12.30 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (3-ü qadın cinsli, 2-si kişi cinsli olmaqla) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
"Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 1992-ci il təvəllüdlü şəxsin (qadın cinsli) müalicəsi Cərrahiyə şöbəsində davam etdirilir. Digər xəsarət alanlara isə tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar",- qurumdan əlavə edilib.
--------
14:08
Zaqatalada minik avtomobilləri toqquşub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Zaqatala şəhəri ərazisində baş verib.
İki VAZ-2107 markalı minik avtomobilinin toqquşması nəticəsində biri azyaşlı olmaqla, dörd nəfərin xəsarət aldığı bildirilir.
Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 04 Noyabr 2024 21:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















