Icma.az
close
up
RU
Zaqatalada avtobus sürücüsü oğluna xəsarət yetirdi

Zaqatalada avtobus sürücüsü oğluna xəsarət yetirdi

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zaqatala rayonunda 1963-cü il təvəllüdlü Mehdi şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı oğlu Murada (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 1 dekabr 2023-cü ildə baş verib. Mehdi həmin gün, saat 11:50-də Zaqatala şəhərində küçəsində dayanmış, özünə məxsus “Mercedes Benz 208” markalı mikroavtobusun salonunda oğlu Murad ilə mübahisə edib. 
Həmin mübahisə zamanı Mehdi qisas almaq niyyəti ilə yumruqla bir dəfə zərbə endirməklə övladı Muradın sol gözaltı nahiyəsinə xəsarətlər yetirib. 
Hadisəni törədən Mehdinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mehdi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Murad onun övladıdır: “Mənim “Mercedes Benz 208” markalı mikroavtobusum var. Mən 10 ildir ki, həmin mikroavtobusla Zaqatala-Balakən rayonları arasında sərnişin daşıyıram. Hazırda 60 yaşım var. Təxminən hadisədən bir ay əvvəl olar ki, Murad məndən sürücülük peşəsindən əl çəkməyimi, sərnişin daşımamağımı tələb etdi. Həmin dövrdə təxminən 15 gün ərzində Murad mənimlə işlədi. Murad Zaqatala-Balakən rayonları arasında sərnişin daşıdığı zaman yanımda olub, mənə kömək edim”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, Murad hadisə günü onun idarə etdiyi “Mercedes Benz 208” markalı mikroavtobusla Balakən rayonundan Zaqatala şəhərinə gəlib: “Mən təxminən saat 11:50-də Zaqatala şəhərində Faiq Əmirov küçəsində sonuncu dayanacaqda sərnişinləri mikroavtobusdan düşürdüm. Murad həmin vaxt məndən yaşlandığım üçün sürücülük peşəsindən əl çəkməyimi, sərnişin daşımamağımı istədi. Murad son bir ay ərzində mütəmadi olaraq məndən sürücülük peşəsindən əl çəkməyimi, sərnişin daşımamağımı istədiyi üçün həmin vaxt əsəbləşdim. Muradla mübahisə etməyə başladım. Mübahisə zamanı Muradın sol göz nahiyəsinə yumruq vurdum. Həmin vaxt Muradın gözündə olan eynək qırıldı və eynəyin şüşəsi onun sol gözaltı nahiyəsini kəsdi. Murad həmin an mikroavtobusdan düşərək qaçdı. Sonra Muradın barəmdə şikayət etdiyini bildim”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Muradın sözlərinə görə, atasının həm yaşlı, həm də xəstə olması ilə əlaqədar sərnişin daşımasını istəyib:
“Ona görə də atam mikroavtobusu idarə edərkən onun yanında dayanmışam ki, birdən maşın xarab olsa, nasazlıq olsa, kömək edə bilim. Artıq 1 aydan çoxdur ki, atamın yanında dayanaraq ona kömək etmişəm. Hadisə baş verən günü atama artıq yaşlandığı üçün işləməməsini, evdə oturmasını, istirahət etməsini dedim. Atam sözümdən əsəbləşərək üstümə gəldi və qəflətən yumruqla gözümə vurdu. Həmin vaxt gözümdəki eynək qırılaraq gözaltı nahiyəmi kəsdi. Əlim ilə gözümə toxunanda əlim qan oldu. Əlimdəki qanı görərək qorxdum və xəstəxanaya qaçdım. Sonra polis şöbəsinə hadisə barədə məlumat verdim. Atam ilə barışmışam, onu bağışlamışam. Atam da səhvini başa düşüb. Bir də belə hərəkət etməyəcək”. 
Bu cinayət işinə Zaqatala Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən məhkəmə onun barəsində olan cinayət təqibinə xitam verib. Mehdi cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Mart 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri