Zaqatalada avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var FOTO
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Zaqatalada yol qəzası baş verib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala-Muxax-Yuxarı Çardaqlar avtomobil yolunda, Muxax kəndi ərazisində qeydə alınıb. 22 yaşlı Vüqar Şahin oğlu Musayevin idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı elektrik dirəyinə çırpılıb. Xəsarət alan sürücü, avtomobildə olan sərnişinlər - 20 yaşlı Əfqan Mustafayev və 19 yaşlı Həmzə Hacıyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Baxış sayı:111
Bu xəbər 29 Yanvar 2025 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















