Zaqatalada bir ailənin dörd üzvü yol qəzasında xəsarət alıb
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Zaqatalada bir ailənin dörd üzvü yol qəzasında xəsarət alıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında rayonun Qəbizdərə kəndində baş verib.
Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan eyni ailənin üzvləri – Zaqatala şəhər sakinləri, 1991-ci il təvəllüdlü Vasif Hacımurad oğlu Sultanov, 1985-ci il təvəllüdlü Səfa Səlim qızı Sultanova, 2017-ci il təvəllüdlü Ömər Vasif oğlu Sultanov və 2013-cü il təvəllüdlü Ayşə Vasif qızı Sultanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun II Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərildikdən sonra xəsarətlərinin yüngül olduğu müəyyən edilib və ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 29 İyul 2026 19:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















