Zaqatalada güclü külək fəsadlar TÖRƏTDİ: Binanın dam örtüyü UÇDU
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Zaqatalada güclü külək fəsadlar törədib, beşmərtəbəli, çoxmənzilli binanın dam örtüyünü uçurub.
APA-nın məlumatına görə, bu gün günortadan şimal-qərb bölgəsində küləkli hava şəraiti hökm sürür.
Zaqatala şəhəri Vasif Qurbanov küçəsində 5 mərtəbəli, çoxmənzilli yaşayış binasının dam örtüyünün bir hissəsini güclü külək yerə atıb. Külək nəticəsində rayonun bır-sıra ərazilərində irigövdəli ağaclar yıxılıb, budaqlar qırılıb.
Ərazidən keçən elektrik naqilləri qırılıb, rayonun bir sıra ərazilərində naqillərdə qısaqapanmalar olub. Bu səbəbdən rayon mərkəzinin və ətraf kəndlərin bəzi hissələrində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Günorta saatlarından müvafiq qurumlar və Zaqatala Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları qeyd olunan ərazilərə cəlb ediliblər, fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 05 Noyabr 2024 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















