Zaqatalada hoteldə yanğın oldu Xəsarət alan var
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Zaqatala Hotel"də yanğın baş verib.
"Unikal" xəbər verir ki, yanğın hotelin birinci mərtəbəsində yerləşən hamam və sauna otağında qeydə alınıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və şəxsi heyəti cəlb olunub. Görülən qabaqlayıcı tədbirlərlə yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın nəticəsində hotelin hamam və sauna hissəsində 150 kvadratmetr sahənin yanar konstruksiyaları yanıb. Yanğın söndürülən zaman bir nəfər yüngül xəsarət alıb. Həmin şəxsə yerində tibbi yardım göstərilib, vəziyyəti kafidir.
Hazırda hadisə yerində soyutma işləri davam etdirilir. Yanğının başvermə səbəbləri aparılan araşdırmalardan sonra bəlli olacaq.
Baxış sayı:59
Bu xəbər 01 Fevral 2026 09:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















