Icma.az
close
up
RU
Zaqatalada içməli su xəttini sel apardı Evləri su basdı VİDEO

Zaqatalada içməli su xəttini sel apardı Evləri su basdı VİDEO

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Leysan yağışlar səbəbindən Zaqatalanın kəndlərində evləri su basıb.

Lent.az-ın xəbərinə görə, bir neçə gündür Zaqatalaya yağan leysan yağışlar nəticəsində çaylara sel gəlib.

Rayonun iyirmi min əhalisi olan Aşağı və Yuxarı Tala kəndlərini içməli su ilə təmin edən su xəttini sel aparıb. Yolayrıc və bir sıra kəndlərdə həyətlərə və evlərə su dolub.

Zaqatala Suvarma Sistemləri İdarəsinin rəisi Ruslan Poladov Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, sel gələn bütün çaylar, o cümlədən Tala çaya texnika cəlb olunub:

"Çayın məcrasını tənzimləmək, sel sularını təhlükəsiz axıtmaq üçün bütün mümkün tədbirlər tərəfimizdən təmin olunur". 

Zaqatala Yuxarı Tala bələdiyyəsinin sədri Eldar Qanzayev Lent.az-a açıqlamasında bildirdi ki, hal-hazırda su xəttinin bərpası üçün tədbir görmək mümkün deyil:

"Su xətti iki kəndi əhatə edir. 500 mm-lik dərin boruları 200 metrlik məsafədə sel suları aparıb. Hal-hazırda çayda suyun səviyyəsi yüksək olduğundan bu gün xəttin bərpası ilə bağlı iş görmək mümkün deyil". 

Zaqatala Aşağı Tala bələdiyyəsinin sədri Vüqar Əbdürəhmanov da Lent.az-a açıqlamasında bildirdi ki, hazırda heç bir tədbir görmək mümkün deyil:

"Çayda su çəkildikən sonra dəymiş ziyan və işin nə qədər çəkəcəyi bilinəcək. Çayın suyu nisbətən azalmalıdır ki, oraya texnika cəlb edə bilək. Həmçinin aşağı kəndlərdə subasma plduğu üçün iri texnikalar həmin ərazilərə göndərilib. Buna görə də iki-üç gün su xəttinin bərpası ilə bağlı iş görmək mümkün görünmür. Digər kəndlərdəki vəziyyət stabilləşdikdən sonra tez zamanda su xətti də bərpa olunacaq". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 İyul 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri