Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Zaqatalada sel daşqınlarına qarşı tədbirlər görülür

Zaqatalada sel daşqınlarına qarşı tədbirlər görülür

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Zaqatala, 7 iyul, AZƏRTAC

Zaqatala ərazisindən 7 dağ çayı axır. Onlardan gur sululuğu ilə seçilənlərdən biri də Tala çayıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mənbəyini Böyük Qafqaz dağlarından götürən Tala çayının uzunluğu 10 kilometrə yaxındır. Çayın keçdiyi ərazilərdə Zaqatala şəhəri ilə yanaşı, ən iri yaşayış məntəqələrindən olan Yuxarı və Aşağı Tala kəndləri də yerləşir.

Ötən ay yağan güclü leysan yağışlarından sonra Tala çayından iki dəfə sel keçib. Bu zaman çayın axarı da dəyişib. Nəticədə sel Zaqatala şəhəri Nizami Gəncəvi küçəsi yaxınlığında beton bəndin alt qatını yuyub aparıb. Beləcə 80-100 metr məsafədə beton bənd xeyli dərəcədə çaya doğru əyilib. Həmçinin beton bəndin arxasında yarğanlar əmələ gəlib.

Ərazidə bir neçə yerdə ağır texnikalar ötən gündən məcratənzimləmə işləri aparır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Zaqatala Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin bir neçə ağır texnikası çayın müxtəlif istiqamətində işə başlayıb.

Baş mühəndis Ceyhun Mirzəyev son 10 ildə Tala çayından bu qədər güclü sel keçmədiyini bildirir. Davamlı yağışlar və xüsusən də dağlara düşən yağıntılar selin davamlı gəlməsini sürətləndirdiyindən ərazidə iş aparmağın çətin olduğunu qeyd edir. Sözügedən Nizami Gəncəvi küçəsi boyu beton bəndlə bağlı problemə gəldikdə isə bildirib ki, təxminən 1980-ci illərdə mühafizə məqsədilə inşa edilən, istismar müddətini başa vuran daş-beton bəndlərin özülü sel nəticəsində yuyularaq deformasiyaya uğrayıb və şəhər üçün təhlükəli vəziyyət yaranıb. “Hazırda əraziyə ağırtonnajlı texnikalar cəlb olunmaqla, çayda məcratənzimlənmə işləri həyata keçirilir, çayın məcrası dəyişdirilir. Eyni zamanda sahilbərkitmə işləri aparılmaqla, yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər görülür. Həmçinin əraziyə aidiyyatı üzrə mütəxəssislər cəlb olunub, yerində baxış keçirilib, qiymətləndirmə aparılıb. Sənədləşmə işləri yekunlaşandan sonra gələcəkdə ərazidə yeni mühafizə bəndinin inşası nəzərdə tutulur”, - deyə o əlavə edib.

Mövcud vəziyyətlə bağlı müvafiq qaydada rəsmi müraciət edilib və 300 paqonmetr yeni beton bəndin tikintisi planlaşdırılır. Maliyyə vəsaiti ayrılan kimi dərhal ərazidə yeni bəndin tikintisinə başlanılacaq.

Bununla yanaşı, Tala çayının aşağı axarında, Tala-3 və Yolayrıc kəndlərində mexanizimlər vasitəsilə sahilbərkitmə işləri aparılıb. Rayon ərazisindən axan Muxax, Bəkməz və Qara çaylarında da təhlükəli yerlər müəyyən olunub və həmin ərazilərdə də sahilbərkitmə işləri həyata keçirilib. Ağır texnikalar bir neçə təhlükəli dağ çayında baş verə biləcək fəsadların aradan qaldırılması üçün hazır vəziyyətdə saxlanılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri