Zaqatalada yol qəzasında biri azyaşlı olmaqla, 7 nəfər xəsarət alıb
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Zaqatalada baş verən yol qəzasında 7 nəfər xəsarət alıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, xəsarət alanlardan üç nəfər bir ailənin üzvüdür.
Yeni Suvagil kənd sakini, 1984-cü il təvəllüdlü Şəhmir Tevruzovun idarə etdiyi “VAZ 21010” markalı və Aşağı Tala kənd sakini, 1957-ci il təvəllüdlü Əli Qurbanovun idarə etdiyi “Opel Astra” markalı minik avtomobilləri toqquşub.
“Opel Astra”nın sürücüsü Ə. Qurbanov, “VAZ 21010”nun sürücüsü Ş. Tevruzov, “Opel Astrada” olan sərnişinlər - 1984-cü il təvəllüdlü Cəmil Əliyev, 1984-cü il təvəllüdlü İlkin Pirimov, 1991-ci il təvəllüdlü Gülüstan Əliyeva, 1991-ci il təvəllüdlü Leyla Pirimova və İ. Pirimovun övladı 2021-ci il təvəllüdlü Murad Pirimov xəsarət alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 29 Dekabr 2025 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















