Icma.az
close
up
RU
“Zaqataladan bir qız qışqırırdı ki, məni də çıxarın...” Video

“Zaqataladan bir qız qışqırırdı ki, məni də çıxarın...” Video

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“Bir anlıq gördüm ki, torpaq üzümə gəldi. Sonra özümü itirdim, nələr olduğunu bilmədim. Gözümü açanda baxdım ki, havadan asılı dayanmışam”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Baku TV”yə açıqlamasında ötən ilin bu günü AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsində xəsarət alan Tofik Devrişov deyib.

“Kəməri açdım, üzüaşağı yerə düşdüm. Əlim bütün qan idi. Oğlumu çağırdım, “hə, ata” dedi, gördüm ki, sağdır. Elə bil dünyanı mənə verdilər. Bu faciəni yaşayan bilər. Allahdan arzu edirəm ki, heç kəs bunu yaşamasın.

Bir anda təyyarədə titrəyiş oldu. Həmin vaxt qalxdı, buludlara girdi. Artıq elə bir vəziyyət idi ki, tullanmaq da mümkün deyildi. Həmin vaxt Hökumə xanım dedi ki, sərt eniş olacaq, özünüzü möhkəm tutun və başınızı qabaq oturacağa sıxın.

Hadisədən sonra sol qolum və ayağım işləmədi. İndi ayağım yaxşıdır, amma qolum 50% işləyir, yuxarı qalxmır”, - deyə o əlavə edib.

Samir Devrişov isə bildirib ki,  hadisə zamanı hamını həyəcan bürümüşdü: “Komandanı verdilər, təyyarə yerə çırpıldı. O an atam məni çağırdı, cavab verdim. Bir anlıq huşum itmişdi, amma sonradan tam özünə gəldi. Təyyarədən çıxanda Zaqataladan bir qız da dedi ki, xahiş edirəm, məni də çıxarın. Ayağından zədə almışdı, qışqırırdı. Ondan qan çox gedirdi. Ora köməyə çox insan gəlmişdi. Biz çox böyük faciədən çıxmışıq. Bu, möcüzədir”.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-i Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.

Ətraflı videomaterialda:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Dekabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri