Icma.az
close
up
RU
Zaqatalanın çay plantasiyalarında bol məhsul yetişib

Zaqatalanın çay plantasiyalarında bol məhsul yetişib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Zaqatala, 24 iyun, AZƏRTAC

Zaqatala rayonunda çayçılıq uzun illərdir əsas gəlirli sahələrdən biridir.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, bu il rayonun Qazangül qəsəbəsində fəaliyyət göstərən çayçılıq təsərrüfatlarında bol məhsul yetişib. Havaların yağmurlu keçməsi yaşıl çay yarpaqlarının daha yaxşı və keyfiyyətli yetişməsinə şərait yaradıb. Hazırda çayçılar növbəti dərimi həyata keçirirlər. Yaşıl çay yarpaqlarını səhərin erkən saatlarında toplamaq vacibdir. Ona görə də çayçılar bu kimi şərtlərə ciddi əməl edirlər.

Təsərrüfat rəhbəri Pərviz Şabanovla çay sahəsində görüşürük. Onun sözlərinə görə, bu il sahələrdən 20-25 ton yaşıl çay tədarük etməyi planlaşdırır. O, çay sahələrinin ömrünü artırmaq məqsədi ilə plantasiyanın 50 faizinə damcı suvarma sistemi quraşdırıb. Qarşıdakı illərdə qalan sahələrdə də bu sistemin tətbiqi nəzərdə tutulur. Təsərrüfat rəhbəri bildirir ki, bu üsul həm də çayın məhsuldarlığını və keyfiyyətini artırır.

Çayçılıq təsərrüfatı ilə fermerlər arasında ilin əvvəlində məhsulun alqı-satqısına dair müqavilə bağlanılır. Yəni fermerin məhsul satışı ilə bağlı heç bir qayğısı yoxdur. Əsas odur ki, məhsul keyfiyyətli və normativ qaydalara uyğun olsun.

Plantasiyada çayçıların sürətlə işləməsini müşahidə edirik, ilk baxışdan elə düşünürsən ki, məhsul yığımı asandı. Lakin elə deyilmiş. Çayçılar həm yetişən yaşıl çay zoğlarını dərir, həm də lazımsız hissələri dərib gübrə əvəzi kolların dibinə atırlar. Bunu elə sürətlə edirlər ki, diqqətlə izləməsən bilmək olmur.

Sahədə çalışan Tünzalə Muhumayevaya yaxınlaşıb, məhsul yığımının neçə keçməsi ilə maraqlanırıq. Artıq beş ildir bu sahədə işləyən və kollektivin ən fəallarından olan Tünzalə xanım bildirir ki, çay yığımına mayın əvvəlindən başlayıblar.

“İndi çay yığımının üçüncü mərhələsidir. Keçən illərə nisbətən bu il məhsulumuz boldur. Bu, hava şəraitindən aslıdır. Havaların yağmurlu keçməsi çayçılıq üçün əlverişli sayılır”, - deyən Tünzalə xanımdan gün ərzində neçə kiloqram məhsul yığdıqları ilə maraqlanırıq: “May ayında səhər saat 6-dan 10-a kimi 50-60 kiloqram yığırıq. İndi isə bu çayı dənə-dənə, yarpaqsız yığmaq lazımdı, ona görə gün ərzində 30-40 kiloqram yığa bilirik”.

Əlbəttə, hər bir çay yığan işçi, ilk növbədə, aqrotexniki qaydalara ciddi əməl etməli, yığdıqları yaşıl çayın keyfiyyətinə əmin olmalıdır.

Fərdi təsərrüfatında çay yetişdirib emal müəssisəsi ilə müqavilə bağlayanlar da az deyil. Onlardan biri Zamir Bəşidovdur. Fermerin 0,34 hektar çay sahəsi var. Zamir çəkdiyi zəhmətin bəhrəsini yetərincə gördüyünü deyir. “Birinci yığımda bir tona yaxın məhsul satmışıq. İndiki yığımdan isə təxminən 600-700 kiloqram məhsul gözləyirəm. Builki məhsul yaxşıdır, havalar yağıntılı keçdiyi üçün məhsulumuz boldur”, - deyən Zamir payız və yaz aylarında sahəsinə yaxşı aqrotexniki qulluq göstərdiyini sözlərinə əlavə edir.

Qeyd edək ki, çay kolları əkiləndən 8-10 il sonra ilk barını verir. Tam barvermə müddəti isə 20-25 ilə başa gəlir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 İyun 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see157

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see154

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see146

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri