Icma.az
close
up
RU
Zaur Axundov: Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox

Zaur Axundov: Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox

"Operativ Media" xəbər verir ki, Azərbaycan Premyer Liqasının 14-cü turunun “Kəpəz” – “Araz-Naxçıvan” matçından (0:2) sonra Sportal.az saytına danışan funksioner millini sərt tənqid edib. Axundov futbolçuların meydanda tam güclərini qoymadıqlarını bildirib:

“İsveçlə matçda acı məğlubiyyət yaşadıq. İnanın ki, mən hələ özümə gələ bilməmişəm. Bu, olmamalı idi. Canni De Byazini söyürdülər. İtaliyalı məşqçi bu İsveçi 3:0 məğlub etmişdi. İstəyirsiz gedib Joze Mourinyonu gətirək... Futbolçu can qoymalıdır. Uduzanda da kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox. Bu oyunçular can qoymur. Bilmirəm niyə. Əgər mənim komandam olsaydı, əvəzedici heyəti meydana buraxardım, o futbolçuları qoymazdım. Fernandu Santuş olmur, kim olur-olsun”. 

seeBaxış sayı:91
embedMənbə:https://operativmedia.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri