Icma.az
close
up
RU
Zaur Baxşəliyev ölüm işinə aid istintaq materiallarını yayır Vəkil

Zaur Baxşəliyev ölüm işinə aid istintaq materiallarını yayır Vəkil

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs  Bayramov Məzahir Elşən oğlunun növbəti məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, ilk olaraq təqsirləndirilən şəxsin vəkili Şəfayət Həsənov məhkəməyə vəsatət təqdim edib.

Vəkil vəsatətində bunları yazıb: "ATV kanalında Zaur Baxşəliyevin təqdimatında olan "Bizimləsən" verilişində aparıcı bu işdə olan şahidə təsir edib, istintaq sirri olan cinayət işinin materiallarını səsləndirilib. Verilişdə  zərərçəkən Haqverdiyev İlham Sabir oğlunun anası Əliyeva Xaliqə Yusif qızı ilə istintaq aparıb, özündən məhkəmə qurub. Bununla bağlı məhkəmə heç bir tədbir görmür. Artıq Zaur Baxşəliyev bu xanımı 3-4 dəfə verilişə çıxarıb. Xahiş edirik, TV-yə xəbərdarlıq edəsiniz".

Zərərçəkmiş şəxsin nümayəndəsi Hikmət Əmiraslanov isə TV-də verilişin aparılmasının qanunla tənzimlədiyini bildirdi. Məhkəmə prosesi açıqdır və bununla bağlı çəkilişə də, yazı yazmağa da icazə verilir. 

Xatırladaq ki, hadisə bu il martın 6-da saat 00:15 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində 1998-ci il təvəllüdlü İlham Haqverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 2006-cı il təvəllüdlü Məzahir Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı İlham Haqverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Məzahir Bayramov iş üzrə prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Zərərçəkənin anası Xaliqə Əliyeva verlişinə çıxdığını, oğlunun tək Məzahir tərəfindən öldürülmədiyini, Qaradağ rayon prokurorluğunun müstəntiqi Nicat müəllimin cinayət işini obyektiv aparılmadığını söylədi: "Mən bundan sonra verilişlərə də çıxacam. Heç kim məni saxlaya bilməz. Vəsatət təmin olunmasın".

Dövlət ittihamçısı Valeh Ələkbərov vəsatətin təmin olunmamasını istədi: "Vəsatət hüquqi tərəfdən düzgün deyil. Məhkəmə obyektiv aparılır. TV-də bu işin araşdırılması düzgün deyil".

Məhkəmə yerində müşavirə edərək vəkilin Şəfayət Həsənov vəsatətinin qismən təmin olunması barədə qərar çıxartdı və Xaliqə Əliyevaya xəbərdarlıq olundu. 

Sonra zərərçəkənin nümayəndəsi Xaliqə Əliyeva şahid kimi ifadə verdi: "Biz Xocavənd rayonundanıq, ailədə 2 oğlum, 1 qızım var idi. İlham həm telefon ustası idi, həm də axşamlar taksi fəaliyyəti ilə məşğul olurdu. Həmin gün İlham şəhərə gedib dostları ilə birgə oturub. Orada Nihadla Günay dayanmadan zəng edib onu Qobu Park yaşayış məntəqəsinə çağırıblar. İlham da gəlib həmin yerə Nihad onu aparıb 1-ci binanın altına, oradan çıxardıblar aparıblar 2-ci binada öldürüblər. Orada 4 nəfər olub- Rəsul, Nihad.  Günaydan orada yuxarıdan hadisəni telefonla çəkib. Hadisənin necə baş verməsini bütün bina görüb. Oğlumu onun qohumları tutublar, Məzahirdə öldürüb. Məzahirin atası hadisə yerində deyib, "mən sənə belə deməmişdim, mən sənə belə deməmişdim", videoda da düşüb. 
Oğlum həmin gün spirtli içki qəbul etmişdi. Məzahir hadisədən bir neçə ay qabaq bizim balkonun altında söyüş söyüb, oğlunda deyib evdə anam var, söyüş eləmə. 

Nihada Məzahirin atası zəng edib ki, İlhamı götür gətir barışdıraq. Onlar deyirdi ki, bizim gözümüz İlhamı götürmür. Hadisədən bir gün qabaq Məzahir tonqalın yanında deyib ki, "bu bıçaq kiməsə girəcək. Onsuzda əsgər gedəcəm, mənə heç kim heç nə etməyəcək". Oyunu Nihad qurubdu. Niyə İlhamı gətirib Günayı balkonunun altında vurublar. İlhamla Günay nişanlı olublar sonra münasibətləri düzgün gəlmədiyindən biz nişanı pozmuşuq. 

Hadisəni əsas qonşu Asimə xala görüb. Onun dediyinə görə, orada İlhamın boynundan və qollarından tutub vurublar. Guya İlham Məzahirin üstünə siqaret tüstüsü üfürüb.

Hadisə ilə bağlı kameralar açılmadı".

Təqsirləndirilən şəxsin vəkili Şəfayət Həsənov Məzahirə bir neçə sual verdi. 

Məzahir İlhamın onu besbarmaqla vurduğunu,  üstündə siqaret üfürdüyünü təsdiq etdi. 

Növbəti şahid Günay Nicat qızı Xanışova ifadə verərək bildirdi ki, hadisəyə kimi Məzahiri tanımadığını qeyd etdi. Mən İlhamla 2021-ci ildə aprel ayından dekabra kimi bir müddət nişanlı olmuşuq. İlham ayrılmaq istəmiridi, deyirdi barışaq. Hadisə günü saat 22:12-də İlhamla danışdıq. İlham mənə dedi ki, sabah gələrəm danışarıq. Mən dırnaq ustasıyam. Mənə zəng elədilər ki, İlham tiktokda canlıdadır. Mən aşağıdan qışqırıq səsi gəldiyini gördüm. Bizim blokun qarşında işıq yanırdı. Bir-birini itələyə-itələyə gedirdilər. Mən İlahəni yığdım, dedim qardaşın Fəridə de deyəsən İlham dalaşır. Həmin vaxt İlhamıda dayanmadan yığırdım. Aşağıda deyirdilər ki, İlhamı Məzahir vurub. Mən Məzahiri beş il qabaq uşaq olanda görmüşəm. Mənim bu Məzahirlə heç bir əlaqəm olmayıb. Bu məndən 3-4 yaş balacadır. Mənə sübut eləsinlər ki, mənim Məzahirlə hər hansı əlaqəm olub. 

İlhamın ətrafından yeganə rəfiqəmin qardaşı Fəridi tanıyıram. Nihad adlı şəxsi tanımıram. İlhamgilin evi ilə bizim evin arası çox yaxındır. Ora kafeyə gəlirdi həmişə. İlham məndən başqa mən yaşayan binada başqa bir qızlada danşırdı. Mən bu hadisəni təsadüfən çəkmişəm. İlham mənim telefonumu öz telefonuna köçürmüşdü, məndə olan hər şeyi görürdü. Mən videonu vermək istəyirdim, İlhamın bacısı Səbinə dedi ki, videonu göstərmə. Mən də ayın 7-də həmin videonu dostu Fəridə atmışam, prokurorluğa da təqdim etmişəm. Məndən başqa digər bir qonşuda çəkib həmin hadisəni. 

Məhkəmə prosesi dekabr ayının 6-nankini təxirə salınıb.

Seymur Əli


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 Noyabr 2024 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see454

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see226

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see220

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see189

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see152

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see150

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see150

PA nın Vətəndaş Qəbulu Mərkəzində avqust ayı üçün qəbul cədvəli AÇIQLANDI

23 İyul 2025 18:12see143

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see141

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see140

Xankəndi şəhərində “Sarı gəlin” abidəsi belə ola bilər

23 İyul 2025 17:48see139

ABŞ da qırmızı ət qiymətləri rekord həddə çatdı

23 İyul 2025 20:13see137

BYD və “Geely”də saxtakarlıq aşkarlandı Subsidiyalar bu mexanizmlə mənimsənilir

23 İyul 2025 20:07see136

Aktivlərinin həcminə görə Azərbaycan banklarının RENKİNQİ

23 İyul 2025 18:27see133

YPG Suriyada silahları təhvil verməyəcəyini açıqlayıb

24 İyul 2025 02:48see131

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see130

“Qarabağ”ın darmadağınla qələbəsi Video

24 İyul 2025 02:30see130

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see127

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see126

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri