Icma.az
close
up
RU
Zaur bunu gündəm xətrinə yayıb Video

Zaur bunu gündəm xətrinə yayıb Video

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Aparıcı Tarix Əliyev (Tolik) həmkarı Zaur Nəbioğlunu tənqid edib.

Axşam.az xəbər verir ki, bu barədə aparıcı sosial media hesabında yazıb. Tolik bayağı mahnılarla gündəmdə qalan müğənnilərin efirdə özlərini Xalq artisləri ilə bir tutmasına müdaxilə etməyən Zauru qınayıb:

"Heç kimə söz atmayacağam. Amma gördüm ki, Zaur bunu gündəm xətrinə sosial mediada yayıb sonra da silib. Zaur, sənin verilişinə gələn müğənnilərin 90 faizi nəinki Aygün Kazımova (Xalq artisti - red.) olacaq, heç onun ətrafında belə görünə bilməyəcəklər. Aygün Kazımovanın olduğu səhnələrə ola bilməyəcəklər. Onun kimi ölkənin əsas ulduzu statusunu ala bilməyəcəklər. "Diva" sözü heç Aygün xanımın marağında da deyil. Kəmalə Günəşli (müğənni - red.) deyə bilər ki, bu gün sevilirəm. Amma arzu edirəm ki, o 1 ildən sonra da aktual olaraq qalsın. Verilişimdə də olub, səmimim xanımdır. Amma heç biri Aygün Kazımova olmayacaq. O, müasir estradamızın banisidir. Onun ətrafında belə ola bilməyəcəksiniz. Bəli, ad günlərində gedib onunla şəkil çəkdirəcəksiniz, tədbirlərdə görüb lentə alacaqsınız, hər zaman içinizdə Aygün Kazımova olmaq istəyi olacaq. Amma heç vaxt olmayacaqsınız. Zaur, bu gün istənilən müğənniyə deyə bilərsən yalandan yıxıl, bunu mən də söyləyirəm. Vüsalə Əlizadə də (aparıcı - red.) hamı bunları deyir. Bu müğənnilərin əksəriyyəti həftə içi sənin də, mənim də efirimdə olur. Amma içi sən qarışıq hamısının arzusu odur ki, Aygün Kazımova onların efirində qonaq olsun. Zaur, orada Kəmaləyə deməli idin ki, sən məşhur ola bilərsən, amma heç vaxt Aygün Kazımova ola bilməyəcəksən. Mən nə Aygün Kazımov, nə də Röya Ayxanla (Xalq artisti - red.) işləyirəm. Amma bu insanlar, həmçinin, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Faiq Ağayev (Xalq artistləri - red.) sənətləri ilə tarix yazıblar. "Bozbaş" mahnılarla gündəmdə qalmayıblar. Mən də o müğənniləri çağırıram və reytinq də verirlər. Lakin heç birinə ixtiyar vermirəm Aygün, Röya, Zülfiyyə xanım barəsində desinlər ki, biz ona rəqibik. Heç onlar səviyyə baxımından Sevda Yahyayeva, Günay İbrahimliyə də (müğənnilər -red.) tay deyillər. Onlara arzu edirəm ki, dövlətin mötəbər tədbirlərində nə vaxtsa adları hallansın. Amma Zaur, gərək sən fikrini orada bildirərdin".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://axsam.az
archiveBu xəbər 03 Aprel 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see369

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see325

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see316

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see307

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see305

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see297

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see251

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see245

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see241

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see235

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see234

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see231

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see227

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see225

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see221

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see220

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see218

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see214

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see190

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri