Zaur Kamalın yerinə verilişi o aparacaq FOTO KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ötən gün Zaur Kamalın ARB kanalında yeni layihəsinin yayımlanacağı barədə məlumat vermişdik. Yayılan xəbərdə Zaur Kamal verilişi özünün aparacağını rəsmi şəkildə təsdiqləmişdi. Daha sonra kanalın direktor müavini Vüsalə Vəliyeva saytımıza özəl açıqlama verərək yeni layihənin olacağını, lakin Zaurun efirdə olmayacağını bildirmişdi.
KONKRET.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, ARB-də Zaur Kamalın verilişinin yerinə yayımlanacaq layihənin adı “Axşam 7″də olacaq. Proqramı tanınmış xanəndə, “Xalq ulduzu” yarışmasının iştirakçısı Gülzar Fərəcova aparacaq. Verilişin konsepsiyası milli musiqinin daha geniş təbliği və keçmişdən bu günə qədər qorunan adət-ənənələrin tanıdılmasına yönələcək.
Qeyd edək ki, ötən ay tanınmış aparıcılar Zaur Baxşəliyevin təqdimatında olan “Bizimləsən” və Zaur Nəbioğlunun “Rəngarəng” verilişləri, eləcə də, Xoşqədəm Hidayətqızı və Zaur Kamalın proqramları efirdən çıxarılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 28 Aprel 2026 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















