Icma.az
close
up
RU
Zaur Mikayılov özünü Eynşteyn sayır? Yeni alınan maşınları neyləyəcəklər?

Zaur Mikayılov özünü Eynşteyn sayır? Yeni alınan maşınları neyləyəcəklər?

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dramatik anekdot: Su ehtiyatları ADSEA-da birləşdiriləndən və Zaur Mikayılova tapşırılandan sonra qəza xidməti üçün maşınlar alınıb və təbii ki, qiymət fərqi ilə sağ ovuclarını da qaşıyıblar. Amma məsələ başqadır:

Bu maşınların hündürlüyü təxminən 4 metr (3,8 metr) təşkil edir və hara gedirlərsə, hava naqillərini qırıb tökürlər. İndi də qəza maşınlarını yenidən dəyişmək istəyirlər. Nə də olsa, yenə qazanacaqlar. İtirən dövlət olacaq - o pullarla şəhid ailələri və qazilər üçün müavinətləri artırmaq olardı.

Heyrət bir şey! İnsanlar nə qədər fərqli ola bilərmiş: Eynşteyn praktik təcrübə aparmadan xəyalən təsbit edib ki, qatarda gedən adamla yerdə dayanan adam üçün zaman fərqli sürətlə keçir, yəni qatarda gedən adamın ömrü hissedilməyəcək dərəcədə olsa da, uzanır. Və bu təcrübə nisbilik nəzəriyyəsinin özülüdür. Amma Azərbaycanın bütün suyuna qərar verənlər 4 metr hündürlükdə maşınların hansı fəsadları törədəcəyini hesablaya bilmirlər.

P.S. Qurum şikayət və sorğulara cavab vermədiyinə görə mövqeyini öyrənə bilmirik(bizimyol.info).

P.P.S. Yeri gəlmişkən, bir neçə gün əvvəl Agentlik və onun "qudalar iqtidarı" ilə bağlı saytlarda yayılan yazıda aparat rəhbəri Fuad Quliyevla bağlı belə bir "epizod" vardı: 

"...Hazırda Zaur Mikayılov faktiki olaraq ADSEA-da idarəetməni əziz qudası Fuad Quliyevin tam ixtiyarına verib. O da aləmi bir-birinə qatıb, öz biznesini çiçəkləndirir. Vaxtı ilə dövlət satınalmaları sektorunda, paralel olaraq biznes sahəsində çalışan Fuad Quliyev hazırda ADSEA-nım tenderləri hesabına biznesini böyüdür.

Biznes ortaqları ilə birlikdə faktiki onun" kontrol"unda olan "PDL MMC"-yə və digər şirkətlərə melorasiya və su, kanalizasiya sistemi üzrə işlərdə tenderlər vasitəsilə böyük pullar ötürür. 

Onun təkcə yeni qurulan Mingəçevir-Hacıqabul kanalının tikintisində həyata  keçirdiyi proseslər hüquq-mühafizə orqanlarının araşdırmasına təqdim olunsa, dəhşətli yeyinti faktları ortaya qoyular. 
Bu işləri tənzimləməkdə digər quda Əsəd Şirinov əsas "menecerdir".

Dəqiqləşdirməmiz zamanı bir fakt da üzə çıxıb: Fuad Quliyev saxta diplomlar satan ABU-nun "məzunu"dur.".

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://mia.az
archiveBu xəbər 29 Avqust 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri