Zaur Mikayılov Şəmkirdə qəbul keçirdi FOTO
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Şəmkir, Gədəbəy və digər rayonlardan olan vətəndaşları qəbul edib.
Bu barədə Redaktor.az-a ADSEA-dan bildirilib.
Görüşdə Z.Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması, subartezian quyularının təmiri və balansa götürülməsi, işlə təminat və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.







Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 11 Aprel 2025 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















