Icma.az
close
up
RU
Zaur Mikayılovdan rekord tender: 8 aya 21 milyonluq əməliyyat

Zaur Mikayılovdan rekord tender: 8 aya 21 milyonluq əməliyyat

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (əvvəlki “Azərsu”) cari ilin 8 ayı ərzində 41 tender keçirib.
Reyting.az
Reportyor.info-ya istinadla xəbər verir ki, bu tenderlər təmir işlərindən tutmuş ehtiyat hissələrinin satın alınmasına qədər ən müxtəlif satınalma predmetlərini əhatə edir.
41 tender üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 21 526 815,16 manat təşkil edir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin keçirdiyi tenderlərdə qalib gələn şirkətlərin bir çoxu haqqında açıq mənbələrdə məlumat yoxdur. Bu da tenderlərin şəffaflığına müəyyən şübhələr yaradır. Çünki adətən bu barəsində hər hansı məlumata rast gəlinməyən şirkətlərdən şübhəli tender əməliyyatlarında istifadə edilir.
Nümunə olaraq “İnterkabel” Firmasını göstərmək olar. Bu şirkət 16 sentyabr 1997-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5a-da yerləşir. MMC-nin qanuni təmsilçisi Babayev Ramil Arif oğludur. Ramil Babayevdən əvvəl şirkətə Molanov Yasin Xanoğlan oğlu, ondan əvvəl isə Manafov Rafiq Hidayət oğlu rəhbərlik edib.
Hər üç şəxs haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. “İnterkabel” Firması barəsində də məlumatlar məhduddur.
“İnterkabel” Firması İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin elektrik kabellərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 467 048,72 manatdır.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin keçirdiyi tenderlərdə qalib seçilən şirkətlərdən biri də “Az-Tex-İmport” MMC-dir.
Bu şirkət 19 iyul 2017-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 226 010 manata çatdırıb. Hüqüqi ünvanı Bakı şəhəri Xətai rayonu, Telnov küçəsi, ev 2347/48 mənzil 290-da yerləşən “Az-Tex-İmport” MMC-nin qanuni təmsilçisi İbadullayev İlkin Sahib oğludur. Açıq mənbələrdə İlkin İbadullayev haqqında heç bir məlumata rast gəlinmir.
“Az-Tex-İmport” MMC haqqında məlumatlar məhdud olduğundan onun maddi-texniki bazasının hansı səviyyədə olduğu məlum deyil. Bu şirkət kabel sınaq və diqanostika cihazları üçün nəqliyyat vasitəsinin satın alınması ilə bağlı keçirilən tenderin qalibi olub. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 540 000 manatdır.
Tenderlərdə qalib seçilən şübhəli şirkətlərdən biri də “B2B”MMC-dir. Bu şirkət 19 aprel 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Bəşirov Ramal Bəşir oğludur.
Ramal Bəşirov 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olmuş mərhum Fazil Məmmədova məxsus olduğu iddia edilən “Caspel” şirkətində çalışıb. Bu barədə mediada yazılıb.
Mediada gedən başqa bir məlumata görə isə “B2B Group” MMC-nin də sahibinin keçmiş məmurdur.
İddialara görə, şirkət sahibi 2015-ci ildə ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Səbail Rayon İdarəsinin keçmiş rəisi, daha sonra isə nazir müavini vəzifəsində çalışmış general-mayor Elçin Əliyevə məxsus olub.
Elçin Əliyev “MTN işi” çərçivəsində tutduğu vəzifədən azad edilib. Lakin “B2B Group” MMC-dən bu barədə mediaya verilən açıqlamada şirkətin Elçin Əliyevə məxsus olduğu barədə məlumat təkzib edilib.
Beləliklə, göründüyü kimi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin keçirdiyi tenderlərdə qaranlıq məqamlar kifayət qədər və bütün bunların daha dərindən araşdırılmasına ehtiyac var ki, bu da medianın işi deyil.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərir.
ADSEA-nın rəhbəri Zaur Mikayılovdur. O, 2023-cü ildə bu vəzifəyə təyin olunub.
Zaur Mikayılov bir müddət əvvəl qudalarını ADSEA-da yüksək vəzifəyə təyin etməklə gündəmə gəlmişdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://reyting.az
archiveBu xəbər 05 Avqust 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri