Icma.az
close
up
RU
Zaur Paşayev: “Oyuna yaxşı başlamışdıq”

Zaur Paşayev: “Oyuna yaxşı başlamışdıq”

Icma.az, Idman.biz saytına istinadən bildirir.

“Bu komanda ilə pley-off mərhələsində mübarizə aparmaq olar”

İdman.Biz xəbər verir ki, ”Quba” basketbol komandasının kapitanı Zaur Paşayev klubun mətbuat xidmətinə müsahibəsində belə deyib.

Həmin müsahibəni təqdim edirik.

- “Quba” son matçda “Sumqayıt”a məğlub oldu. Bu görüşdə məğlubiyyətə əsas səbəbi nədə görürsən?

- Oyuna yaxşı başlamışdıq. Sadəcə matçın sonlarında oyun rəqibə tərəfə keçdi. Düzdür, xal hesabında önə çıxırdıq. Lakin “Sumqayıt” da bizə çatırdı. Sonda da oyunu əldən verdik. Oyunçularımız da yoruldu. Atışlarımız da sonlarda alınmadı, sonda uduzduq.

- Bu gün “Lənkəran”la qarşılaşacaqsınız. Görüşdən gözləntiləriniz necədir?

- Təbii ki, bu oyuna qalibiyyət üçün çıxacağıq. ABL-də asan və zəif rəqib yoxdur. Hər bir komanda sona qədər mübarizə aparır. “Lənkəran”a qarşı da yaxşı hazırlaşmışıq. Qələbə qazanmaq istəyirik.

- Komanda hazırda B qrupudan dördüncü pillədədir. Daha yaxşı pillədə olmaq üçün komandaya nə mane olur, yoxsa hazırkı pillə də sizi razı salır?

- Ən azından üçüncü pillədə olmaq istəyərdik. Çünki belə olan halda, pley-off mərhələsində “Naxçıvan”la düşə bilərik. O da bizə sərf edir. Bu komanda ilə pley-off mərhələsində mübarizə aparmaq olar. Üçüncü pillədə yerimizi bərkitməliyik ki, “Naxçıvan”la düşək. Hər halda, necə alınacağını görəcəyik.

- Necə düşünürsüz, “Quba”nın ev oyunlarında hansısa avantajınız olur? Ümumiyyətlə, ev oyunlarında yəqin ki, hər zaman daha çox azarkeşin gələcəyini gözləyirsiz?

- Demək olar ki, ev oyunlarımıza azarkeş gəlmir. Təəssüf ki, belədir. Orada basketbolla məşğul olan balaca uşaqlar var, onlar gəlib bizə dəstək göstərirlər. Amma belə, çox azarkeş olmur. Qubada Cəlilabaddakı kimi azarkeş yoxdur. Cəlilabadda həmin klubun ev oyunlarına 300-500 adam gəlirdi. Çünki orada basketbolu çox sevirlər. Qubada da yavaş-yavaş sevdirməyə çalışacağıq. Görək də, nə vaxt azarkeş gələcək. Ümid edirəm ki, gəlib bizə dəstək olarlar.

- Ölkə kubokunda “Naxçıvan” səddini keçdiniz və növbəti mərhələdəsiniz. Rəqib isə “Sabah” olacaq. Şanslarınızı neçə faiz olduğunu düşünürsünüz?

- Bəli, “Naxçıvan”ı keçdik. Onlar da yaxşı, güclü komandadır. Həmin matçda yaxşı oyun göstərib, qalib gəldik. Növbəti mərhələdə “Sabah”la oynayacağıq. Onlarla da nə qədər gücümüz çatsa, ona qədər mübarizə aparacağıq. Sonra necə olacaq bilmirəm. Lakin biz meydanda hər zaman qələbə üçün çıxırıq, uduzmaq üçün yox. Qalib gəlməyə çalışacağıq. Alınmasa belə, “Sabah”a qarşı güc göstərəcəyik. “Sabah” çox güclü komandadır, büdcəsi, oyunçuları çox güclüdürlər. Çalışdığımız qədər oynayacağıq ki, maraql ımatç olsun.

- Bu mövsümkü “Quba”nı ötən mövsümkü komandadan daha güclü olduğunu düşünürsünüz? Gənc yerli basketbolçuların səviyyəsində yaxşı mənada hansısa dəyişiklik olduğunu fikirləşirsiz?

- Keçən ilki oyunçular çox güclü idi. Amma belə komanda oyununu çox oynaya bilmirdik. Bu mövsüm daha çox kollektiv oyun göstəririk, bir-birimizi çox gözəl başa düşürük. Bu il gələn oyunçuların demək olar ki, hamısı Avropada oynayıb, Avropa basketbolunu bilirlər deyə, komanda oyunu oynamaq alınır. Biri Kiprdə, biri Gürcüstanda çıxış edib. Ötən il isə üç oyunçumuz ABŞ-dan gəlmişdi deyə, komanda oyunu oynamırdılar. Onu da məcbur etdirirdim ki, komanda oyunu oynayaq. Bu ilki uşaqlar isə komanda oyunu oynamaqda çox yaxşıdırlar. Hədəfimiz bu il səkkizliyə düşək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 23 Yanvar 2026 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri