Zaur Ramazanov: Yunis Hüseynov təcrübə yığmağa gedib İdman və Biz
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Yunis Hüseynov "Turan Tovuz"a təcrübə yığmağa gedib. Kurban Berdıyev güclü məşqçilərdəndir".
İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında Zaur Ramazanov Yunis Hüseynovun "Turan Tovuz" klubunda baş məşqçi Kurban Berdıyevin köməkçisi təyin olunmasına münasibət bildirərkən deyib.
Veteran futbolçu bu təyinatın Azərbaycan futbolu üçün faydalı olacağını hesab edir: “Kurban Berdıyev təcrübəli baş məşqçidir. Yanına çoxusu təcrübə yığmaq üçün gedir. Yunis müəllim illərlə "Neftçi"nin kapitanı olub. Bir dəfə də olsun ona dəvət göndərməyiblər. Yunis Hüseynovun Kurban Berdıyevin köməkçisi işləməsində pis heç nə yoxdur. Düşünürəm ki, Azərbaycan futbolu üçün faydalı olar. Cavid Hüseynov faktı ortadadır. "Turan Tovuz"da Kurban Berdıyevin köməkçisi işləyib, "Səbail"ə baş məşqçi getdi".
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 14 Noyabr 2024 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















