Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“Eyni tempdə davam edirik” Rui Jorje

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Zavod çörəklərinə qatqı vurulur? 1 gün qalanda qıcqırır

Zavod çörəklərinə qatqı vurulur? 1 gün qalanda qıcqırır

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zavod çörəklərinin bir çoxu evə gətirildikdən 1 gün sonra qıcqırmağa, kiflənməyə, boyatlamağa başlayır. Ondan fərqli olaraq, evdə sobada yaxud təndirdə bişirilən çörəklər isə qışda otaq temperaturunda günlərlə boyatlamadan qala bilir. Ara-sıra sosial şəbəkələrdə "çörəklərə qatqı maddəsi qatılır", "piylənməyə səbəb olur", "ölümcül fəsadlar yaradır" kimi çıxışlar da eşidirik.

Bəs görəsən, çörəklər hansı şəraitdə bişirilir? Nəyə görə zavod çörəkləri tez boyatlayır? Onlara həqiqətən də sağlamlıq üçün təhlükəli qatqı vurulurmu?

Qida Eksperti Ağa Salamov Lent.az-a açıqlamasında bildirib ki, bəzi çörək sexləri vaxt qazanmaq üçün mayanı çox edib, qıcqırtma prosesini qısaldırlar:

“Unun xammal kimi alınması və bişirilməsi çörəyin əsas şərti deyil. İlk növbədə o, laboratoriya keçməli, tərkibi yoxlanılmalı, dəmirin səviyyəsi ölçülməli, bişmə əmsalı müəyyən edilməlidir. Bu proseslərdən sonra unun bişirilməyə uyğunluğunu söyləmək olar. Uyğun olduğu halda o, çoxpilləli ələkdən keçirilərək fiziki çirklənmədən arındırılır. Hansısa metal, daş, taxta qırıntılarının çörəkdən çıxmaması üçün bu prosesin olması mütləqdir. Fiziki çirklənmədən arınan unun tərkibində oksigen artır. Bundan sonra un yoğrulma mərhələsinə gedir. Əgər çörək sexi onu ən az 3 saat fermentasiya edirsə, daha az miqdarda maya vururlar. Nəzərə almaq lazımdır ki, xəmirdə maya az olduqda, həzm sistemində problem olmur, ağırlıq yaratmır.

Xəmir yoğrulandan sonra fermentasiyaya yollanır (qıcqırtma prosesi). Şişəndə ikinci dəfə yenidən yoğrulur və tərkibinə ələkdən keçirilmiş undan əlavə olunaraq, kündələnməyə göndərilir. Kündələr dinlənmə otağında 1 saata qədər mayalandıqdan sonra müəyyən dərəcələrdə sobaya daxil edilir. Bişirilən çörəklər daşıyıcı lent vasitəsi ilə avtomobillərə yüklənib, satışa çıxarılır.

Məsələ ondan ibarətdir ki, çox zaman sahibkarlar mayadan hədsiz istifadə edib, fermentasiya müddətini qısaldırlar. Bunun səbəbi də “vaxt udmaq”dır. 3 saata acıyan xəmirə çox maya qatıb, vaxtı 1 saata endirirlər. Bu zaman ya onun içi xəmir olur, ya kəsdikcə ovulur, ya da  1 gün qalandan sonra qıcqırır. Tövsiyə edirəm ki, kəsəndə məsamələri çox olan çörəkdən istehlak edilsin. Məsamələri olmayan çörəklərin mayası çox olur. 3 saat fermentasiyadan keçmiş, düzgün texnologiya ilə hazırlanıb, uyğun dərəcədə bişmiş çörəklər nə qıcqırır, nə də ki, ovulur”.

Ekspert qeyd edib ki, çörəyə qatqı maddəsi qatılması iddiaları absurddur:

“Bəzi mütəxəssislər əsassız çıxışlarla müsahibə verib bildirirlər ki, çörəyin içərisinə “eco pan”, “eco plus” kimi qatqı maddələr vurulur. Anlamaq lazımdır ki, xəmirə həmin əlavələr vurulsaydı, onun maya dəyəri yüksələrdi. Bu isə heç bir sahibkara sərf etmir. Uzağı şirin çörəkdə istifadə edərlər, onun da birinin qiyməti çörəkdən bahadır.

Tonlarla çörək bişirən sexə kilolarla “eco pan”, “eco plus” lazımdır. Onların qiymətindən xəbəri olmayan, maya dəyərini hesablaya bilməyən, mühasibatlıq savadı olmayan mütəxəssislər nəyin içərisinə nəyin qatılması barədə danışıb, yalan informasiya verməsələr yaxşıdır. “Eco pan” bir çörəyə vurulsaydı, onu ən az 2 manata alardıq.

Çörəyə qatqı qatılır sözünü o qədər təkrarlayacaqlar ki, sahibkarlar bundan sonra qatqı istifadəsinə başlayacaq. Belə olduqda da, çörəyin qiyməti qalxacaq. Xarici ölkələrə məxsus çörəklərə vurulur, məsələn fransız bageti və ya batonu. Onlarda “eco pan”, “eco plus” istifadə edilə bilər. Baxmaq lazımdır ki, o çörəklərlərlə zavod çörəklərinin qiymətindəki fərq necədir?!”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:466
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 Fevral 2026 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see335

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see316

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see312

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see293

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see289

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see286

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see278

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see269

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see261

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see253

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see243

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see243

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see238

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see231

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see227

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see217

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see214

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see213

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see211

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri