Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Zavod var, xammal yox: Alma bağlarının sahəsi azalır

Zavod var, xammal yox: Alma bağlarının sahəsi azalır

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Emal müəssisələri daha çox ucuz xammal məhsulu alır. Bu da meyvə yetişdirən fermerlər üçün sərfəli sayılmır. Ekspertlər bildirirlər ki, yeni emal müəssisələri üçün onların tələbinə uyğun yeni sortlar yetişdirilməlidir.

Azərbaycanda meyvə emalı sahəsində irimiqyaslı sənaye layihəsinin icrasına başlanılıb. Tikintisi davam edən müəssisə dörd hektarlıq sahəni əhatə edir və burada 112 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur. Zavodda əsasən meyvə konsentratı istehsalı və qablaşdırılması həyata keçiriləcək. İllik dörd min ton alma konsentratı istehsal edilməsi planlaşdırılır ki, bunun üçün 28-30 min ton təzə almanın emalına ehtiyac olacaq. Zavodun rəsmi açılışı bu ilin sentyabr ayına planlaşdırılır. Proqnozlara görə, müəssisənin istifadəyə verilməsi, ilk növbədə, yerli kənd təsərrüfatı sektoruna mühüm dəstək olacaq, həm də meyvə emalı sahəsində yerli və beynəlxalq bazara yüksək keyfiyyətli məhsullar təqdim etməyə imkan yaradacaq.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Alma bağlarının sahəsi azalır

Rəsmi statistikaya nəzər saldıqda, ölkədə alma bağlarının sahəsində azalma müşahidə olunur. Belə ki, 2020-ci ildə 31,2 min hektar olan alma bağlarının sahəsi 2023-cü ildə 27,7 min hektara düşüb. Bu azalma almanın vətəni sayılan Quba-Xaçmaz iqtisadi rayonunda qeydə alınıb. Bu bölgədəki alma bağlarının sahəsi 2020-ci ildə 22,4 min hektar olduğu halda, 2023-cü ildə 19 min hektara düşüb. Maraqlıdır ki, sahədə azalma olsa da, alma istehsalında cüzi artım baş verib. 2020-ci ildə 301,4 min ton olan alma istehsalı 2023-cü ildə 301,7 min tona çatıb. Ölkədə alma istehsalının 72,2 faizi məhz Quba-Xaçmaz zonasında həyata keçirilir. Bəs, görəsən, yeni emal zavodunun fəaliyyətə başlaması bu sahənin inkişafına təkan verə bilərmi?

Fermerlərin gəlirləri artacaq

İqtisadçı-ekspert Eyyub Kərimlinin fikrincə, ölkədə yeni emal müəssisələrinin yaradılması olduqca vacib və təqdirəlayiq haldır: "Bəzən müşahidə edirik ki, fermerlər istehsal etdikləri meyvə-tərəvəzi sata bilmirlər və məhsullar xarab olduğuna görə tullamaq məcburiyyətində qalırlar. Saxlama anbarlarında məhsulu saxlamaq da baha başa gəlir. Belə olan halda, böyük emal müəssisələrinin mövcudluğu bu cür halların qarşısını ala bilər".

Ekspert vurğulayır ki, ölkəmizdə almaçılıq yaxşı inkişaf edib və istehsal yerli tələbatdan dəfələrlə yüksəkdir: "Bəzi hallarda almanın qiyməti o qədər ucuz olur ki, yol kənarlarında 5-10 kiloqramını cəmi bir manata satırlar. Yeni zavod həm də ümumi iqtisadiyyatımıza müsbət təsir göstərə, ixrac imkanlarını artıra və yerli brend olan alma şirəmizin xarici bazarlara çıxışını təmin edə bilər. Bu məhsullar daxili bazarda da maraq doğura bilər. Bu baxımdan, yeni emal müəssisəsinin işə düşməsi həm almaçılığın inkişafına, həm də bu sahədə çalışan fermerlərin gəlirlərinin artmasına müsbət təsir göstərəcək".

"Qiymət uyğun olmasa, maraq da olmayacaq"

Fermerlərin mövqeyi isə yeni zavodun fəaliyyətinə daha ehtiyatlı yanaşmanı ortaya qoyur. İsmayıllı rayonundan olan fermer Səlahəddin Məmmədov bildirir ki, hazırda həm yerli, həm də xarici bazarla işləyirlər. Əsas ixrac bazarlarının ərəb ölkələri və Özbəkistan olduğunu qeyd edən fermer deyir: "10 ildir bu işlə məşğulam və bu sahəyə kifayət qədər dövlət dəstəyi var. Bu il məhsuldarlıq yaxşıdır. İldə təxminən 1000 ton məhsul əldə edirik. Amma hazırda Azərbaycanda fəaliyyət göstərən şirə emalı zavodları xammal tapmaqda çətinlik çəkirlər. Çünki belə müəssisələr adətən tullantı meyvələrdən istifadə edirlər. Bizdə isə bu qədər tullantı meyvə yoxdur. Olan miqdar da zavodların ehtiyacını tam qarşılamır. Məsələn, Qəbələdə yerləşən konserv zavodu ilin təxminən bir ayı fəaliyyət göstərir. Göyçay, Quba-Qusar zonası və cənub bölgəsindəki digər emal zavodlarında da vəziyyət eynidir. Əgər yeni zavod təzə alma alacaqsa, bu, almaçılığın inkişafında müəyyən rol oynaya bilər. Amma bu da təklif olunacaq qiymətdən asılı olacaq".

Fermerin sözlərinə görə, məhsulun maya dəyəri ilə zavodların təklif etdiyi alış qiyməti arasında ciddi fərq var: "Bizim əkdiyimiz almanın bir kiloqramının maya dəyəri 30 qəpikdir. Əgər zavod onu 40 qəpiyə alsa, bu, emal müəssisəsi üçün sərfəli olmayacaq. Emal üçün məhsulun maksimum 10 qəpiyə alınması tələb olunur. Amma 10 qəpiyə heç bir fermer alma yetişdirib zavoda verməz".

Məhsulun bir tonuna 50-60 manat təklif edilir

Qubalı fermer Dəyanət Vəliyev də yeni emal zavodunun almaçılığın inkişafına əhəmiyyətli təsir göstərməyəcəyi qənaətindədir. Onun fikrincə, bu müəssisələr fermerlərdən məhsulu olduqca ucuz qiymətə alırlar: "Bəzən təklif olunan qiymət yığım xərclərini belə ödəmir. Emal müəssisələri daha çox yeni iş yerlərinin yaradılması baxımından iqtisadiyyata fayda verir. Amma kənd təsərrüfatının inkişafına nəzərəçarpacaq təsir göstərmirlər. Əgər təzə alma alsalar belə, bu, fermerlər üçün sərfəli deyil. Hazırda zavodlar məhsulun bir tonunu 50-60 manata alır. Halbuki bir ton məhsulu yığıb zavoda aparmaq üçün təkcə nəqliyyat xərci bu qədər tutur. Qiymət 70-80 manata yüksəlsə belə, fermer üçün yenə sərfəli deyil. Çünki bir ton məhsulun yetişdirilməsi sahibkara 150-200 manata başa gəlir. Bu məbləğin emal zavodları tərəfindən ödəniləcəyi isə inandırıcı deyil".

Fermer deyir ki, istehsal etdikləri məhsulun böyük hissəsi xarici bazarlara yönəldilib: "Daxili bazar bizim məhsulu tam qəbul edə bilmir. Əsasən Rusiya bazarı ilə işləyirik. Alternativ ölkələr də var, amma hələlik Avropa bazarlarına çıxa bilmirik".

Yeni sortlar, yeni imkanlar

Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev isə bu addımın fermer maraqlarına cavab verdiyini düşünür: "Təbii ki, qiymətlər də istehsalçılar üçün cəlbedici olmalıdır. Çünki fermerlər hər il müxtəlif çağırışlarla üzləşirlər. Bunlar arasında iqlim şəraitinin dəyişməsi, məhsuldarlığın aşağı düşməsi və qiymətlərin ucuzlaşması kimi amillər var. Meyvə-tərəvəz istehsalı kənd təsərrüfatının ən çətin sahələrindən biridir. Fermer üçün əsas iki məsələ var - məhsuldarlıq və satış qiyməti. Bu istiqamətdə ən vacib məqamlardan biri ixrac bazarlarının şaxələndirilməsidir. Məhsulun daha çox və daha əlverişli bazarlara çıxarılması əsas məqsəd olmalıdır".

Bəşir Quliyev hesab edir ki, bu məqamda emal müəssisələrinin rolu iki istiqamətdə nəzərdən keçirilməlidir. Əsasən, hansı məhsulların emal olunacağı və həmin məhsulların satılacağı bazarlar müəyyənləşdirilməlidir: "Məsələyə təkcə emal baxımından deyil, eyni zamanda emal üçün nəzərdə tutulan məhsulun növü baxımından da yanaşmaq lazımdır. Hazırda Azərbaycanda intensiv bağçılıqda istehsal olunan almanın böyük hissəsi masa sortlarıdır, yəni birbaşa satış üçün nəzərdə tutulan yüksək keyfiyyətli sortlardır. Bu sortlar əsasən xarici bazarlarda yüksək qiymətlərlə satılır. Belə alma emal üçün nəzərdə tutulan xammal deyil. Əgər emal müəssisələri işləyəcəksə, onlar üçün xüsusi sortların, daha ucuz və emala yararlı almanın əkilməsi təşviq edilməlidir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 Avqust 2025 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see187

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see168

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see162

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see146

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see143

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see137

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see130

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri