Zaxarova Almaniya səfirinin əlini sıxmaqdan imtina etdi SƏBƏB
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az-ın xəbərinə görə, nazirlik rəsmisi bunu almaniyalı diplomatın rusofob olması ilə əsaslandırıb.
M.Zaxarova bildirib ki, diplomatik protokol danışıqlar aparan şəxsi qarşılayanda əl sıxmağa məcbur etmir. O, görüşün əvvəlində hər iki tərəf üçün mövcud olan protokolla müəyyənləşdirilmiş seçimdən yararlandığını bildirib.
“Üstəlik, protokol, digər məsələlərlə yanaşı, mövqe bəyanatıdır. Mən jestimlə açıq rusofobiya ilə bağlı mövqeyimi bildirdim”, - XİN sözçüsü vurğulayıb.
Qeyd edək ki, Aleksandr Qraf Lambsdorff Rusiyada səlahiyyət müddəti bitib. O, iyulun 16-da vəzifəsindən ayrılmazdan əvvəl ölkəsinin “Der Spiegel” nəşrinə müsahibə verib. Diplomat deyib ki, Rusiya Xarici İşlər Nazirliyinə çağırılan zaman M.Zaxarova ilə görüşüb. Lakin Rusiya XİN rəsmisi görüşün əvvəlində diplomatın əlini sıxmaqdan imtina edib.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 17 İyul 2026 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















