Zaxarova Azərbaycanla münasibətlərdən danışıb
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanla münasibətlərin normallaşması yollarından danışıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, Zaxarova deyib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlardan biri Rusiya jurnalistlərinin azad edilməsi ola bilər.
O, münasibətlərin tezliklə normallaşacağına ümid etdiklərini vurğulayıb.
XİN rəsmisi Azərbaycan səfirinin XİN-ə çağırıldığını və ona etiraz notasının təqdim olunduğunu xatırladıb.
“Dərhal jurnalistlərimizin sərbəst buraxılmasını xahiş etmişik”, - o əlavə edib.
Zaxarova onu da qeyd edib ki, hazırda Moskva ilə Bakı arasında münasibətlər öz çətin dövrünü yaşayır.

Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdur Zaxarova
02 İyul 2025 10:17
Zaxarova: “Azərbaycanla əlaqələrimiz çox vacibdir” VİDEO
02 İyul 2025 12:41
Azərbaycanla Rusiya arasında razılaşma Zaxarova açıqladı
03 İyul 2025 15:58
Ümid edirik ki, Azərbaycanla münasibətlər... Zaxarova
24 İyul 2025 14:44
“Azərbaycanla ikitərəfli münasibətlər çətin mərhələdədir” Zaxarova
24 İyul 2025 17:10

