Zaxarova: Bəzi qüvvələr Moskva ilə Bakının müttəfiqliyini bəyənmir
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji müttəfiqlik xarakteri daşıyır və bunu bəyənməyən qüvvələr var.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Solovyev Canlı telekanalının efirində bildirib .
"Biz yadda saxlamalıyıq ki, Moskva ilə Bakı arasında münasibətlə strateji müttəfiqlik xarakteri daşıyır. Təbii ki, bunu bəyənməyən qüvvələr var", - diplomat bildirib.
"Rusiya-Azərbaycan münasibətlərində dərin məna var. Bu, bizim vahid dövlətin bir hissəsi olduğumuz tarixi icma dövrümüzdür. Bu, bizim qarşılıqlı fəaliyyətimizin, insanlar arasındakı təmasların, öhdəsindən gəldiyimiz tarixi çətinliklərin dərin tarixidir".
Diplomatik idarənin rəsmi nümayəndəsi qeyd edib ki, belə bir ittifaq “müəyyən qüvvələrin qəzəbinə səbəb olur və müdaxilə etmək istəyir”. "Biz buna imkan verməməliyik. İstər beynəlxalq münasibətlər, istər şəxsi həyat olsun, hər bir subyektlə qarşılıqlı əlaqədə problemli məsələlər var. Söhbət onların necə həll olunmasındadır. Təbii ki, bu məsələlərin münasibətlərimizin statusuna uyğun həlli zərurətindən çıxış etməliyik", - diplomat bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 03 İyul 2025 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















