Zaxarova: Fransa Rusiyaya hücum icazəsi ilə Ukraynanı məhv edir
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fransa Rusiyaya hücum icazəsi ilə Ukraynanı məhv edir.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Fransanın xarici işlər naziri Jan-Noel Barronun Rusiya ərazisinə uzaqmənzilli raketlərin atılmasına icazə verilməsi ilə bağlı açıqlamaları Ukraynaya dəstək deyil, onu məhv etmək xarakteri daşıyır", - diplomat vurğulayıb.
Qeyd edək ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro BBC-yə müsahibəsində bildirib ki, Parisin Rusiyaya qarşı uzaqmənzilli raket zərbələri “özünümüdafiə məntiqi ilə” həyata keçirilə bilər. Nazir Fransa qoşunlarının Ukraynaya göndərilməsini də istisna etməyib.
Baxış sayı:129
Bu xəbər 23 Noyabr 2024 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















