Zaxarova: Hamı türklərə yardıma qaçdı, onları isə görən olmadı
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
“Bizim kimlərisə qoruya bilmədiyimiz barədə söylənilənlər gülüncdür. Halbuki Kuba, Suriyan xalqı və digərlərinə çox yardım göstərilib. COVID zamanı da yardım göstərilmişdi. O zaman Kuba və Venesuela Qərb tərəfindən sıxışdırılırdı, bu, təkcə sanksiyalar deyildi, əsl blokada idi”.
Teleqraf xəbər verir ki, bu sözləri Moskvanın İran, Kuba və Venesuela kimi müttəfiqlərini qoruya bilməməsi ilə bağlı iddianı TASS-a şərh edən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Yaxud bir sıra ölkələrdə baş verən dağıdıcı zəlzələləri xatırlayın. Ən ağır zəlzələ Türkiyədə oldu. Dünya ictimaiyyəti, o cümlədən Qərb türk xalqı ilə həmrəylik göstərdi. Amma Suriyada da eyni dərəcədə dağıdıcı zəlzələ olmuşdu. Dağıntı və tələfat çox böyük idi. Amma sanki Qərb Suriyadakı zəlzələni görmədi. Blokadadan bir addım belə geri çəkilmədilər. Yardım üçün imkan yaratmaq niyyətində deyildilər. Daha doğrusu, Suriyaya sanksiya təzyiqini yüngülləşdirmək üçün bir addım da atmaq niyyətində deyildilər, dərman, tikinti materialı göndərmək və ya Suriya xalqına nəfəs aldırmaq imkanı yaratmaq mümkün deyildi. Rusiya onda da köməyə gəldi.
İrana gəldikdə isə, bu, həm mövcud müqavilə bazasına əsaslanır, həm praktiki diplomatiya var, beynəlxalq təşkilatlarda iş gedir və sair. Həmçinin Rusiyanın mövqeyi olmasaydı, indi Venesuelanın dövlətçiliyindən çox az şey qalmışdı”, - diplomat iddia edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 23 Fevral 2026 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















