Zaxarova İsrailin hücumundan DANIŞDI: “Yaxın Şərq və dünya üçün…” KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İranın dinc məqsədli nüvə obyektlərinə sahib olmaq hüququnu vurğulayıb.
KONKRET.az xəbər verir ki, Zaxarova Yaxın Şərqdəki nüvə təhlükəsinin sadəcə fərziyyə deyil, real və praktiki ölçülərə malik olduğunu bildirib.
Onun sözlərinə görə, regionda baş verən hücumlar təkcə gərginliyi artırmır, eyni zamanda Yaxın Şərq və dünya üçün birbaşa təhlükə yaradır.
Zaxarovanın bu açıqlaması fonunda Rusiyanın Cenevrədəki BMT Bürosu və digər beynəlxalq təşkilatlarda daimi nümayəndəsi Gennadi Qatilov da İsrailin İrana qarşı son hücumlarına münasibət bildirib. O, beynəlxalq ictimaiyyəti İsrailin təcavüzkar addımlarına hüquqi və siyasi qiymət verməyə çağırıb.
Qatilov qeyd edib ki, Rusiya və digər bəzi ölkələrin göstərdiyi konstruktiv səylərə baxmayaraq, vəziyyətin ən mənfi və gözlənilməz ssenari üzrə inkişaf etməsi ehtimalı qalır və bu, yalnız region üçün deyil, bütün dünya üçün ciddi nəticələrə səbəb ola bilər.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 18 İyun 2025 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















