Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

İnsan sağlamliğina verilən dəyər

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

Zaxarova nə istəyir?

Zaxarova nə istəyir?

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Rusiya XİN sözçüsünün Paşinyana cavabına sözardı

Bəzi adamlar var ki, onları başa düşmək, nəyə nail olmaq istədiklərini anlamaq çox çətindir. Belələri mühüm dövlət postu tutanda isə vəziyyət daha da qəlizləşir. Bəribaşdan deyək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovadan söz açacağıq. Daha doğrusu, onun bir fikrindən.

Əslində, Zaxarovanın indiyədək də ayrı-ayrı hadisə və proseslərə reaksiyasındakı əndərəbadilikləri az görməmişik. Yəni, xanım sözçünün Ermənistanın baş naziri Nikol Paşinyana verdiyi cavabın motivi bir o qədər təəccüblü deyil. Amma...

“Əmma”dan söz açmazdan əvvəl deyək ki, N.Paşinyanın M.Zaxarova tərəfindən reaksiyaya səbəb olmuş fikri bu olub: “Biz deyirik ki, “türk heç vaxt dəyişmir”, türklərin də ermənilər haqqında eyni fikri var. Biz “azərbaycanlıya necə etibar etmək olar?”’ deyirik, onlar da “erməniyə necə etibar etmək olar?” deyirlər. KQB agentləri tərəfindən formalaşdırılmış dünyagörüşündən azad olmalıyıq”.

M.Zaxarovanın öz “Telegram” kanalı vasitəsilə Paşinyana verdiyi cavaba diqqət yetirək. Xanım sözçü yazıb ki, “Osmanlı İmperiyasında “erməni soyqırımı” 1915-ci ildə, KQB-nin yaradılmasından təxminən 40 il əvvəl başlayıb”. Elə isə “əmma”ya keçid alaq. Daha doğrusu, “əmma”lara.

Qeyd edək ki, N.Paşinyanın əvvəllər də oxşar fikirləri olub. Məsələn, o, ermənilərin keçmişin mənfi stereotiplərindən yaxa qurtarmalarının vacibliyini dəfələrlə vurğulayıb. Türkləri özlərinə düşmən bilmə də həmin mənfi stereotiplərdəndir. Baş nazir iqtibasdakı fikrini buna görə dilə gətirib. Yəni, o, münasibətlərin normallaşmasının tərəfdarı olduğunu bir daha ortaya qoyub.

Paşinyanın “KQB agentləri” fikri havadan götürülməyib. Nikol demək istəyib ki, keçmiş SSRİ-nin zamanında azərbaycanlılarla ermənilər dinc şəkildə yaşayırdılar. 1988-ci ildə iki xalq arasında yaşananlar məhz “KQB” adlandırılan SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ssenarisi idi. Bəlkə 1988-ci ildə Sumqayıt hadisələrini planlaşdıran, ermənilərin öz əli ilə sadə ermənilərə qarşı qırğınlar törədən, həmin qırğınları azərbaycanlıların üstünə yıxan sovet DTK-sı olmamışdı?

İkincisi, Paşinyanın “KQB agentləri” ifadəsinin şərti olduğunu duymaq çətinlik yaratmır. Baş nazir, ümumən, SSRİ-ni nəzərdə tutur. Məgər Sovetlər Birliyi rəhbərliyində azərbaycanlılarla ermənilər arasında nifaq yaratmaq meyilləri olmayıbmı? Olub. Paşinyan əvvəlki açıqlamalarının birində “erməni soyqırımı” məsələsinin ötən əsrin 50-ci illərindən sonra ortaya atıldığını bildirmişdi. İş ondadır ki, 1952-ci ildə Türkiyə NATO-ya qoşulmuşdu. SSRİ rəhbərliyi isə NATO üzvünün soyqırımı törədən ölkə olduğu ideyasını tirajlamışdı. Burada anlaşılmayacaq heç nə yoxdur.

Üçüncüsü, qondarma “erməni soyqırımı” məsələsi bütövlükdə imperializmin məhsuludur. Daha doğrusu, Qərb və rus imperializminin müştərək məhsulu. Aydındır ki, erməniləri dünyanın müxtəlif bölgələrindən gətirib Cənubi Qafqazda məskunlaşdıran çar Rusiyası olub. Məqsəd türk-müsəlman coğrafiyasını bölmək idi. Bu məqsəd Qərbə də sərf edirdi. Qərbin düşüncə mərkəzləri hesablayırdılar ki, Osmanlıya qarşı “erməni kartı”nı işə salanda bu kartın Qafqaz trayektoriyası da aktivlik qazanacaq. Onlar qənaətlərində yanılmadılar.

XIX əsrin sonu – XX əsrin əvvəllərində Qərb dünyası Osmanlıya qarşı erməni amilindən geninə-boluna “bəhrələndi”, beyinləri türk düşmənçiliyi ilə yuyulmuş erməni millətçilərinin əli ilə çoxsaylı terrorlar, qətllər törətdi. Daxildəki vəziyyətin kritik olduğunu görən Osmanlı rəhbərliyi isə cavab tədbirləri gördü. Tədbirlər erməni təbəələrin imperiyanın müxtəlif yerlərinə köçürülmələri oldu ki, sonradan bu, “erməni soyqırımı” adlandırılmağa başlandı. Hər halda, xanım Zaxarova sadaladıqlarımızı bilməmiş olmaz. Hələ o, qondarma soyqırımı məsələsinin müasir Türkiyəyə qarşı siyasi alət olması barədə də məlumatlıdır.

Əlbəttə, məqsədimiz Rusiya XİN sözçüsünün yadına tarixi salmaq deyil. Məqsədimiz xanım Zaxarovanın uydurma tarixi fakt kimi ortaya atmasının yolverilməzliyini vurğulamaqdır. Zaxarova Paşinyanın fikrinə verdiyi reaksiyası ilə əslində, aşkar qızışıdırıcı mövqe tutur. Sual olunur: sovet KQB-sindən Zaxarovaya nə düşüb? Nə üçün Rusiya XİN-də məsul vəzifə tutan biri sabiq imperiyadakı qurumun, loru dildə desək, əlini-üzünü yumaqla məşğuldur? Axı Paşinyanın, ümumən, pozitiv fikir bildirdiyi, düşmənçilikdən, nifaqdan uzaq durulmasının vacibliyini diqqətə çatdırdığı məlumdur. Belə çıxır ki, xanım Zaxarova bunu istəmir.

İstər Azərbaycan, istərsə də Ermənistan cəmiyyətində klişeləşmiş fikir var ki, azərbaycanlılarla ermənilərin arasını vuran Rusiya olub. Daha bir fikrə görə, keçmiş Dağlıq Qarabağ münaqişəsi Kremlin kluarlarında hazırlanmış oyundur. Bildirilir ki, Rusiya özünün Cənubi Qafqazdakı varlığını qorumaq üçün münaqişə məntiqinə üstünlük verib. Zaxarova bu deyimlərin doğruluğunu sübuta yetirir. Onun fikirləri münaqişə məntiqini qorumaq, necə deyərlər, dəlinin yadına daş salmaqdır. Yoxsa, adam niyə sovet KQB-sinin müdafiəsinə qalxsın ki? Hər halda, susa, heç bir reaksiya verməyə bilərdi. Görünür, bu, mümkün deyil. Niyə? Ehtimal etmək olar ki, Zaxarovanı münaqişənin başa çatması ilə Rusiyanın Cənubi Qafqazda, ümumən regionda mövcudiyyət rıçağının əldən getməsindən əsəbləşir. Nə edək, nə deyək? Prinsipcə, demək istədiyimizi yazdıq. Güman edirik, əlavə şərhə ehtiyac yoxdur. İnanaq ki, Zaxarova da gələcəkdə əndərəbadi açıqlamalara gərək duymayacaq.

Ə.RÜSTƏMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Noyabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see410

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see330

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see257

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see256

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see252

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see247

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see245

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see243

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see236

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see235

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see227

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see224

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see218

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see218

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see206

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see203

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see198

İnsan sağlamliğina verilən dəyər

03 Sentyabr 2026 13:01see196

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see190

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri