Zaxarova: Rusiya Fransanı Yeni Kaledoniya əhalisinin hüquqlarını təmin etməyə çağırır
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Yeni Kaledoniyanın gələcək statusuna dair saziş hələ qiymətləndirilməlidir, Rusiya Fransanı arxipelaqın yerli əhalisinin qanuni hüquq və maraqlarını əməldə təmin etməyə çağırır".
Oxu.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
"Aydındır ki, iyulun 12-də Parisdə elan edilən gələcək statusa dair saziş metropoliyanın arxipelaqda dərinləşən və geniş beynəlxalq rezonans doğuran böhrana məcburi reaksiyasıdır. 2024-cü ilin yazında Yeni Kaledoniyanı kütləvi iğtişaşlar bürümüşdü, buna Fransa hakimiyyətinin bu dənizaşırı əraziyə qarşı yürütdüyü mahiyyətcə müstəmləkəçi və uğursuz siyasəti səbəb olmuşdu ", - deyə Zaxarova vurğulayıb.
Onun sözlərinə görə, Yeni Kaledoniyada yaranmış vəziyyət 20-ci əsrin dekolonizasiya prosesinin başa çatmamasının nəticəsidir:
"Paris Yeni Kaledoniyanın gələcək statusu barədə sazişi arxipelaqa daha çox muxtariyyət verən, onun sakinlərinin hüquqlarını genişləndirən mühüm güzəşt kimi qələmə verir. Fikrimizcə, bu razılaşmalara bu cür qiymət vermək hələ tezdir, çünki hələ bütün maraqlı tərəflər onları təsdiqləməlidir. Söhbətin taktiki tələdən getdiyini ehtimal etmək üçün əsaslar var".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 30 İyul 2025 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















