Zaxarova Rusiya konsulluğunun bağlanmasına görə Polşanı hədələdi
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova bəyan edib ki, Polşa Rusiyanın Qdanskdakı konsulluğunu bağlamaq qərarı fonunda "nəticələri ölçüb-biçməlidir".
Qaynarinfo-nun RMF24-ə istinadən verdiyi məlumata görə, Varşavanın Rusiyanın Qdanskdakı konsulluğunu bağlamaq qərarından sonra rusiyalı diplomatlar dekabrın 23-ü günün sonuna qədər binanı tərk etməli idilər, lakin onlar bunu etməkdən imtina edirlər. Xüsusilə, səfirlik Qdansk meriyasına məlumat verib ki, binada səfirliyin "inzibati-texniki əməkdaşı" qalacaq. Rusiya tərəfi həmçinin iddia edir ki, konsulluğun bağlanmasına baxmayaraq, binadan istifadə hüququnu qoruyub saxlayır.
"Rusiyanın Qdanskdakı Baş Konsulluğunun binasını "ələ keçirmək” istəyənlər belə bir addımın nəticələrini diqqətlə ölçüb-biçməlidirlər", – deyə Zaxarova bildirib.
O qeyd edib ki, konsulluğu ələ keçirmək cəhdlərinin nəticələri ciddi ola bilər.
"Düşünürəm ki, Rusiyanın necə reaksiya verdiyinə və ölkəmizə qarşı haqsızlıq edənlər üçün bu reaksiyaların nə qədər ağrılı olduğuna dair artıq çoxlu nümunələr var", deyə o əlavə edib.
Xatırladaq ki, Polşa, Lüblin və Varşava arasındakı dəmir yolunda törədilən iki təxribata cavab olaraq Rusiyanın Qdanskdakı konsulluğunu bağlamaq qərarına gəlib. Bundan sonra Rusiya da cavab addımı kimi Polşanın İrkutskdakı baş konsulluğunun fəaliyyətinə verdiyi razılığı dekabrın 30-dan etibarən ləğv edib.
Alpər
Baxış sayı:92
Bu xəbər 26 Dekabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















