Zaxarova Ukrayna ilə müharibənin başlamasına səbəb görün nəyi göstərdi
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərb ölkələrini Ukrayna ərazisində siyasi eksperimentlər aparmaqda ittiham edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə Şərq İqtisadi Forumunda (EEF-2025) RT-yə verdiyi müsahibədə danışıb.
“Uzun illərdir ki, Ukrayna qanunlarına və Konstitusiyasına zidd olaraq bu ölkədə siyasi eksperimentlər aparılırdı. Ukrayna xalqının seçməli olduğu prezidentlər əslində NATO ölkələrinin ərazisindən ‘paraşütlə gətirilirdi”, – Zaxarova bildirib.
Onun sözlərinə görə, bu addımlar nəticəsində Ukrayna demokratik təsisatlardan məhrum olub və ölkənin təhlükəsizliyinə zəmanət verə biləcək sistemlər dağıdılıb. Eyni zamanda bu, Rusiya ilə konfliktin yaranmasına səbəb olub.
Diplomatik nümayəndə nümunə kimi ABŞ-ın keçmiş Prezidenti Co Baydenin Kiyevə səfərini xatırladıb. Zaxarova hesab edir ki, Qərbin bu cür hərəkətləri Ukraynada daxili siyasi proseslərə dərin xarici təsirin göstəricisidir.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 04 Sentyabr 2025 00:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















