Zaxarova Yaponiya ilə ərazi probleminin həllini təklif edib
Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
Zaxarova təklif edib ki, Yaponiya Rusiya Federasiyası ilə mövcud sərhədi möhkəmləndirə bilər.
Turkustan.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Yaponiya ilə “ərazi probleminin” həlli Rusiya Federasiyası ilə faktiki mövcud sərhədin rəsmiləşdirilməsini nəzərdə tuta bilər. Bu barədə idarənin saytında dərc olunan şərhdə deyilir .
O, Yaponiyanın baş naziri Şiqeru İşibanın münasibətlərdəki çətinliklərə baxmayaraq, Tokionun ərazi probleminin həllinə və Moskva ilə sülh müqaviləsi bağlamağa sadiq qaldığını söyləyən sözlərini belə şərh edib .
“Biz ondan çıxış edirik ki, Yaponiya baş nazirinin qeyd etdiyi “ərazi probleminin həlli” yalnız ölkəmizlə faktiki mövcud sərhədin beynəlxalq hüquqi rəsmiləşdirilməsini nəzərdə tuta bilər” - deyə, o deyib.
Zaxarovanın sözlərinə görə, Rusiya Federasiyasının Konstitusiyasında başqa heç nədən söhbət gedə bilməz.
O, həmçinin qeyd edib ki, Yaponiya ilə sülh müqaviləsi üzrə dialoq yalnız Tokio düşmənçilik kursundan əl çəkdiyi təqdirdə mümkündür.
Bildirək ki, bir gün əvvəl İşiba bildirib ki, Yaponiya-Rusiya münasibətləri çətin vəziyyətdədir, lakin Tokio “ərazi problemini həll etməyə və sülh müqaviləsi bağlamağa davam edəcək”.
Bundan əvvəl Yaponiyanın Rusiya və Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirmək planları barədə məlumat yayılmışdı.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 30 Noyabr 2024 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















