Icma.az
close
up
RU
Zaxarovadan Bakı ilə bağlı ilginc çağırış: Zəruridir dedi, tarix istədi

Zaxarovadan Bakı ilə bağlı ilginc çağırış: Zəruridir dedi, tarix istədi

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Cənubi Qafqazla bağlı son açıqlaması birmənalı qarşılanmayıb. Zaxarova Azərbaycan, Rusiya və Ermənistan arasında əldə edilən üçtərəfli razılaşmaların aktuallığını itirmədiyini, sülh prosesi üçün Moskvanın vasitçiliyinin zəruri olduğunu bildirib.

Bu bəyanat Kremlin Cənubi Qafqazdakı mövcud proseslərə yenidən nəzarət etmək cəhdinin açıq siqnalı kimi qiymətləndirilir. Regiondan sürətlə sıxışdırılan və təsir alətləri zəifləyən Moskva, indi üçtərəfli razılaşmalara istinad edərək prosesləri öz orbitinə qaytarmağa çalışır.

Zaxarovanın bəyanatının real təsir gücü nə qədərdir? Moskva regionda dəyişməkdə olan geosiyasi mənzərəni çevirməyə qadir olub-olmadığını göstərə biləcəkmi?

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Rusiyanın Cənubi Qafqazda nüfuzunu artırmaq cəhdləri artıq dərhal hiss olunur:

“Ukrayna cəbhəsində baş verən dəyişikliklər bu nəticəni gözlənilən etmişdi. Məlum olduğu kimi, Rusiyanın Ukraynadakı uğursuzluqları Cənubi Qafqazda güc balansına təsir göstərir. Bundan isə Avropa İttifaqı (Aİ) və ABŞ istifadə edirdi. Moskva artıq regionda yaranmış yeni reallıq fonunda geri dönüş etməyə çalışır. Ən güclü alət kimi isə “3+3” formatını nəzərdən keçirir. Əslində, bu, təsadüfi deyil. Kreml görür ki, tək başına regionda geri dönüş etməyi bacarmayacaq, buna görə də digər maraqlı qüvvələri – İran və Türkiyəni – bu formata qataraq təsir imkanını artırmağa çalışır.


Əziz Əlibəyli

Təbii ki, Rusiya nəzarəti əldə saxlamaq istəyir. Yəni digər qüvvələri prosesə cəlb etsə də, özünü daha üstün mövqedə görmək niyyətindədir. Məsələn, Zaxarova açıqlamasında “3+3” formatını inkişaf etdirməyin zərurliyini vurğuladı, həmçinin Bakı və İrəvanın növbəti görüş tarixini müəyyən etməsini bildirdi.

Məsələ ondadır ki, “3+3” platforması əvvəlcə region problemlərinin həlli üçün nəzərdə tutulmuşdu. Regiondan kənar qüvvələr isə prosesə daxil edilmirdi. Lakin indi reallıq dəyişib. Rusiya İran və Türkiyəni prosese qataraq Bakı ilə İrəvanı sıxışdırmağa çalışır. Lakin Azərbaycanın qurduğu möhkəm sistem var və artıq bununla razılaşmaq inandırıcı deyil. Digər tərəfdən, İran üçün də bu addım müəyyən ağrılı nəticələr doğura bilər”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Noyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri