Icma.az
close
up
RU
“Zayed İnsan Qardaşlığı Mükafatı”nın layiqli sahibi

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın layiqli sahibi

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevin humanist missiyasının beynəlxalq təntənəsi

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində şahidi olduğumuz mərasim real siyasətin və diplomatik iradənin təntənəsidir. Cari ilin 4 fevral tarixi qlobal diplomatiya salnaməsinə qızıl hərflərlə yazılır. Çünki məhz bu tarixdə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edilməsi və həmin ali mükafatın məhz Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan tərəfindən şəxsən verilməsi hadisənin siyasi çəkisini qat-qat artırır. İki dövlət liderinin səmimi görüşü, əl sıxması və ali mükafatın təqdimatı zamanı nümayiş etdirilən qarşılıqlı ehtiram regionda formalaşan yeni strateji reallıqların vizual sübutudur.

Azərbaycan Prezidenti İlham Əliyevin bu ali mükafata layiq görülməsi təsadüfi hadisə deyil, əksinə, illərdir aparılan səbirli, strateji və qətiyyətli siyasətin məntiqi yekunudur. Dünyanın müxtəlif qaynar nöqtələrində davam edən qanlı toqquşmalar fonunda Azərbaycan ilə Ermənistan arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanması sivilizasiyalararası dialoqun mümkünlüyünü nümayiş etdirən yeganə parlaq nümunədir.

Müasir beynəlxalq münasibətlər sistemində sülh anlayışı çox vaxt nisbi xarakter daşıyır, lakin Cənubi Qafqaz nümunəsində əldə olunan nəticə mütləq kateqoriyadır. Onilliklər ərzində Qərb diplomatları, ATƏT-in Minsk Qrupunun həmsədrləri və çoxsaylı beynəlxalq vasitəçilər münaqişənin həllini dondurulmuş vəziyyətdə saxlamağa çalışırdılar. Lakin rəsmi Bakı nümayiş etdirdi ki, ədalətli sülh yalnız beynəlxalq hüququn norma və prinsiplərinin tam bərpası, ərazi bütövlüyünün təmini, suverenliyin toxunulmazlığı şəraitində mümkündür. 2026-cı ilin fevralında Əbu-Dabidə keçirilən təntənəli mərasimdə Azərbaycan liderinə təqdim edilən “Zayed İnsan Qardaşlığı Mükafatı” məhz həmin paradiqmanın qələbəsidir. Münsiflər heyətinin qərarı göstərir ki, dünya ictimaiyyəti artıq real nəticələrə qiymət verir. Prezident İlham Əliyevin diplomatik məharəti sayəsində region xarici müdaxilələrdən təmizlənərək birbaşa dialoq müstəvisinə keçdi.

Mükafatın fəlsəfəsi ilə Azərbaycanın sülh gündəliyi arasında üzvi bağlılıq mövcuddur. Şeyx Zayed bin Sultan Əl Nəhyanın irsinə əsaslanan mükafat humanizm, dözümlülük və həmrəylik dəyərlərini təşviq edir. Qafqazda onilliklər boyu kök salmış düşmənçilik toxumlarını təmizləmək, revanşizm meyllərini neytrallaşdırmaq və gələcək nəsillərə təmiz səhifə ötürmək missiyası bu dəyərlərlə üst-üstə düşür. Azərbaycan Prezidenti qalib tərəf olmasına rəğmən, məğlub tərəfə sülh əlini uzadaraq bölgənin inkişafı naminə kommunikasiyaların açılmasını, iqtisadi reinteqrasiyanı təklif etdi. Bu addım klassik “qalib-məğlub” dixotomiyasından imtina edərək “hamı qazanır” prinsipinə keçidi təmin etdi. Münsiflər heyətinin seçimi də humanist yanaşmaya verilən qiymətdir.

Məsələnin digər tərəfi mükafatın verilmə meyarlarıdır. “Zayed İnsan Qardaşlığı Mükafatı” 2019-cu ildə Roma Papası Fransisk və Əl-Əzhərin Baş İmamı Əhməd Əl-Tayyib tərəfindən imzalanmış “İnsan Qardaşlığı Sənədi”nə istinad edir. Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı quruluşu, tolerantlıq ənənələri, multikulturalizm siyasəti sənədin ruhuna tam uyğundur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təkcə hərbi qələbə qazanmadı, həm də dini və etnik dözümlülük mərkəzi kimi qlobal mövqeyini möhkəmləndirdi. Münaqişənin dini zəmində təqdim edilməsinə cəhd edən dairələrin planları iflasa uğradıldı.

Müstəqil beynəlxalq münsiflər heyətinin tərkibi və onların seçimi də xüsusi təqdirə layiqdir. Onlar siyasi konyunkturadan kənar, obyektiv reallığa əsaslanaraq qərar veriblər. Seçim prosesində heç şübhə yoxdur ki, Azərbaycanın Cənubi Qafqazda yaratdığı təhlükəsizlik arxitekturası əsas rol oynayıb. Sülh müqaviləsinin paraflanması uzun və çətin danışıqlar marafonunun finiş xəttidir. Həmin marafonda Azərbaycanın nümayiş etdirdiyi prinsipiallıq, milli maraqlara sadiqlik və diplomatik çeviklik ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Artıq regionda “boz zonalar”, qanunsuz silahlı birləşmələr və separatizm yuvaları yoxdur. Mövcud reallıq sülhün dayanıqlı olacağına zəmanət verir. Yarımçıq həll variantları gələcək toqquşmalara zəmin yarada bilərdi, lakin Azərbaycan Prezidenti məsələni kökündən həll edərək, gələcək riskləri minimuma endirdi.

Əbu-Dabi hadisəsi lokal xarakter daşımır. Bu, qlobal miqyasda presedent yaradan hadisədir. Dünyanın başqa yerlərində davam edən münaqişələr üçün model rolunu oynaya bilər. Əgər Qafqaz kimi mürəkkəb regionda etnik və dini ziddiyyətlərin dərin olduğu məkanda sülh əldə edilirsə, deməli, mümkünsüz heç nə yoxdur. Sadəcə, siyasi iradə, güclü liderlik və ədalətli yanaşma lazımdır. İlham Əliyev bütün dünyaya sübut etdi ki, güc və diplomatiya vəhdət təşkil etdikdə nəticə qaçılmazdır. Mükafatın təqdimatı məhz bu reallığın beynəlxalq etirafıdır. Sülh müqaviləsi paraflanıb, mükafat verilib, indi isə quruculuq və inkişaf zamanıdır. Azərbaycan buna hazırdır və bütün dünyaya öz gücünü, humanistliyini bir daha nümayiş etdirir. Əldə olunan uğur hamımızındır, bütün regionundur, bütün tərəqqipərvər bəşəriyyətindir.

Fevralın 4-də Əbu-Dabidə baş tutan mərasim həm də simvolik məna daşıyır. Birləşmiş Ərəb Əmirlikləri dünyada sülh və tolerantlıq mərkəzi kimi tanınır. Azərbaycan da eyni dəyərləri paylaşır. İki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətləri bu mükafatla daha da dərinləşir. Təqdimat mərasimində iştirak edən dünya liderləri, nüfuzlu din xadimləri və ictimaiyyət nümayəndələri Azərbaycanın uğurunu alqışlayırlar. Tarix sübut edir ki, dağıtmaq asandır, qurmaq isə çətin. Prezident İlham Əliyev ən çətin olanı seçdi və uğur qazandı.

Beynəlxalq ekspertlər, politoloqlar və diplomatlar Əbu-Dabi Bəyannaməsini və paraflanan Sazişi XXI əsrin ən uğurlu sülhməramlı əməliyyatlarından biri hesab edirlər. Çünki burada sülh tərəflərin qarşılıqlı razılığı və milli maraqların uzlaşdırılması üzərində qurulub. Məhz buna görə də “Zayed İnsan Qardaşlığı Mükafatı” komitəsi tərəddüd etmədən bu tarixi qərarı verdi. Bu gün Azərbaycanın dövlət bayrağı Əbu-Dabidə dalğalanarkən, hər bir azərbaycanlı qürur hissi keçirir. Çünki verilən mükafat həm də şəhidlərin qanı, qazilərin canı və xalqın birliyi hesabına qazanılıb. Proseslər göstərir ki, Azərbaycan regionun lideri olaraq gündəliyi müəyyən edir və qaydaları diktə edir.

Onu da qeyd etmək vacibdir ki, İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na təkcə Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına görə deyil, eləcə də bölgədə və dünyada sülhə, insan qardaşlığına və qlobal sabitliyə verdiyi misilsiz töhfələrə görə layiq görülüb. Bu mükafat dövlətimizin başçısına beynəlxalq ictimaiyyət tərəfindən verilən ən yüksək qiymət və ehtiramın bariz nümunəsi sayılmalıdır.

Şübhəsiz ki, Prezident İlham Əliyevə ən böyük və əvəzolunmaz mükafat Azərbaycan xalqı özü verib. Bu, etimad və sevgi mükafatıdır. O, Xilaskar, Qalib Sərkərdə və Müzəffər Ali Baş Komandan kimi iki əsrdən bəri xalqımızın qarşısında duran ən çətin və ağrılı məsələnin həllinə nail oldu. İndi tam qətiyyətlə deyə bilərik ki, İlham Əliyev dövlətimizi uğurla gələcəyə doğru aparan, ən yüksək zirvələri fəth etməyə qadir Liderdir.

2026-cı il 4 fevral tarixi Cənubi Qafqazın tarixində ağ səhifənin açıldığı gün kimi də xatırlanacaq. Prezident İlham Əliyevin qazandığı “Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycan xalqının qələbəsinin, müdrikliyinin və sülhsevərliyinin beynəlxalq səviyyədə təsdiqidir. Mövcud saziş regionu parçalanma təhlükəsindən xilas edərək vahid və təhlükəsiz gələcəyə aparır. Artıq dünya ölkəmizi qlobal sülhə töhfə verən, regionda sabitliyin qarantı olan qüdrətli dövlət kimi tanıyır.

Yusif ŞƏRİFZADƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:350
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Fevral 2026 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see265

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see177

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see176

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see171

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see171

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see170

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see169

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see168

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see167

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see167

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see166

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see165

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see165

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see164

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see163

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see162

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see160

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see158

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri