Icma.az
close
up
RU
“ZeeCar” şirkətinə şər atan sahibkar məhkəmədə uduzub ÜZR İSTƏDİ VİDEO

“ZeeCar” şirkətinə şər atan sahibkar məhkəmədə uduzub ÜZR İSTƏDİ VİDEO

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Şirkətlər arasında rəqabət faktoru ümumi olaraq müsbət qiymətləndirilsə də bəzən xoşagəlməz nəticələrlə sonlanır. Çirkin rəqabət üsulunu seçən bəzi şirkətlər rəqiblərinə qarşı müxtəlif metodlardan istifadə edirlər. Ən çox baş vurulan yollardan biri rəqibi olduğu şirkətlə bağlı dezinformasiyaların yayılmasıdır. Belə ki, bəzi şirkətlər rəqibləri haqqında yalan məlumat yaymaqla onların nüfuzuna zərər vurmağa çalışırlar. Bu informasiyaları isə sosial şəbəkələr, Kütləvi İnformasiya Vasitələri, müxtəlif platformalar vasitəsilə həyata keçirirlər. Digər effektiv metodlardan biri isə rəqib şirkətin müştərilərini yalan və əsassız şikayətlər etmək üçün təhrik etməkdir. Sosial media platformalarında rəqibləri qaralamaq üçün  sistematik kampaniyalar aparan şirkətlər də kifayət qədərdir. Ən son halda isə sahibkarlara təhdid və şantajlar başlayır. Bu metod, adətən rəqibləri əməkdaşlığa məcbur etmək və ya bazar payını ələ keçirmək üçün istifadə olunur. Sözügedən yollardan heç biri nəticə vermədiyi halda isə bir qisim şirkət rəhbərləri ədalətsiz qiymət rəqabətini seçirlər. Bir sözlə, rəqiblərin məhsul və xidmətlərini müştərilərə aşağı qiymətlə təklif etməklə onların bazar payını azaltmağa çalışırlar. Təbii ki, bu halda şirkət rəhbərləriylə yanaşı, alıcılar da zərər görürlər.

Qeyd etdiyimiz məsələylə bağlı “ZeeCar” şirkətinin rəhbəri Araz Axundov Avtosfer.az-a müraciət edib. O bildirib ki, “AvtoAl” adlı rəqib şirkətin rəhbəri onların işgüzar nüfuzuna illərdir xələl gətirir. Belə ki, zərərçəkmiş 2023-cü ildən etibarən onlara qarşı qarayaxma kampaniyalarına başladığını bildirib: “Hər bir daşıyıcı şirkətdə müxtəlif səbəblərlə əlaqədar ləngimə problemləri olur. Biz də zamanla bu halla qarşılaşmışıq. Amma belə bir gecikmə olduğu zaman bununla bağlı müştərilərimizə məlumat veririk. Sözügedən şirkətin rəhbəri artıq neçə ildir ki, bizi dayanmadan narahat edirdi. Bu işin içində olmasına və özünün də gecikmə halları ilə qarşılaşmasına baxmayaraq şirkətimizin nüfuzuna ziyan vurmaq üçün müxtəlif yollara əl atdı. Sosial şəbəkələrdə qarayaxma kampaniyalarına başladı”.

Sahibkarın göndərdiyi videolardan da aydın olur ki, “AvtoAl” şirkəti “İnstagram” sosial platforması vasitəsilə insanlara təsir göstərməyə çalışıb. Belə ki, onlar videolarda şirkətin rəhbərlərini və onların işlədiyi ünvanı qeyd etməklə müştərilərdə mənfi rəy formalaşdırmağa səy göstərib. Hətta şirkətin gətirdiyi maşınların əzik, işlənmiş və açarsız olduğunu və 5-6 daşıyıcı şirkətə maddi ziyan vurmaları ilə bağlı böhtan atıblar. 

“ZeeCar” şirkətinin rəhbəri Araz Axundovun sözlərinə görə, bundan sonra onlar lazımi materialları toplayaraq məhkəməyə müraciət ediblər. Məhkəmənin uzun müddət davam edən araşdırmasından sonra isə qərar onların xeyrinə qəbul edilib: “ZeeCar” şirkətinin digər rəhbəri ortağım Azər Əhmədov sözügedən şəxsin bizim işgüzar nüfuzumuza zərər verdiyini göstərən materiallarla məhkəməyə müraciət etdi. Məhkəmədə qalib gəlməyimizə baxmayaraq “AvtoAl” şirkətinin rəhbəri İlqar Əliyev bununla razılaşmadı və qərara yenidən baxılması üçün apellyasiya şikayəti verdi. Lakin məhkəmə onun iddialarını əsassız hesab etdi. Qərara əsasən, İlqar Əliyev üzr istəməli idi”.

Araz Axundovun sözlərinə əsasən, məhkəmənin qərarından sonra “AvtoAl” şirkətinin rəhbəri “Facebook” sosial şəbəkəsi vasitəsilə üzr mətni paylaşıb: “Sosial şəbəkədə paylaşdığı mətndə bizdən üzr istədi və şirkətimizlə bağlı yaydığı məlumatların əsassız olduğunu qeyd etdi”.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 Dekabr 2024 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri