Icma.az
close
up
RU
Zəfər Günü ilə bağlı tədbir keçirilib Fotolar

Zəfər Günü ilə bağlı tədbir keçirilib Fotolar

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Böyük qələbənin 4 illliyinə həsr olunmuş “8 Noyabr – Zəfər Tariximizin İnciləri” adlı tədbir keçirilib.

Gununsesi.info xəbər verir ki, ki, Milli Məclisinin deputatları Ceyhun Məmmədov və Vüqar İskəndərov, rektor İlham Mədətov, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov, universitetin şəhid məzunu Məhəmmədəli Həsənzadənin atası Hörmət Həsənzadənin, həmçinin ATMU-nun professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.

ATMU-nun rektoru İlham Mədətov təbrik-çıxışı ilə başlayan nitqində vurğuladı ki, 44 günlük müharibə və düşmən üzərində tarixi qələbə dövlətimizin rəhbərinin siyasətini, qətiyyətini nümayiş etdirməklə, həm də çətin gündə xalqımızın birliyini, əyilməzliyini ortaya qoydu.

Rektor gələn qonaqlara minnətdarlığını bildirərək, 8 noyabr “Zəfər günü” münasibətilə hər kəsi təbrik etdi və şəhidlərimizin ruhu qarşısında baş əydiyini, onlara uca tanrıdan rəhmət, ailələrinə isə səbr dilədiyini bildirdi.

Millət Vəkili Ceyhun Məmmədov və Vüqar İskəndərov çıxış edərək noyabr ayının 8-ni qürur günümüz kimi tarixə yazan  qəhrəman övladlarımıza əbədi  təşəkkür borcumuzun olduğunu dedilər. 

Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov və ATMU-nun İctimai fənlər kafedrasının professoru Məhərrəm Zülfüqarlı Qarabağ müharibələrinin tarixi və Zəfər Gününə aparan proseslər haqqında geniş məlumat verdilər. 

Tədbirdə qeyd olundu ki, 44 günlük Vətən müharibəsində iştirak edən ATMU-nun 100-dən çox tələbə və məzunundan 60 nəfərə yaxını Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən müxtəlif medallarla təltif olunub. Şəhidlik zirvəsinə ucalan ATMU-nun məzunu Məhəmmədəli Həsənzadə ölümündən sonra bir sıra medallara layiq görülüb. 

Tədbirdə həmçinin şəhidimiz haqqında və Zəfər tariximizi əks etdirən video-çarxlar nümayiş olundu.

Daha sonra qonaqlar tələbələrin suallarını cavablandıraraq, işğaldan azad olunmuş torpaqlarda turizmin inkişaf imkanları, perspektivləri və bu istiqamətdə görülən işlər barədə məlumat verdilər.

Sonda xatirə şəkilləri çəkildi.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Noyabr 2024 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri