Zəfər Günü ilə əlaqədar xarici ölkə universitetlərində tədbirlər təşkil olunub
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 7 noyabr, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində bir sıra xarici ali təhsil müəssisələrində tədbirlər keçirib.
AZƏRTAC xəbər verir ki, BBMM-in təşkilati dəstəyi ilə Pakistanın Müsəlman İnstitutunda “Azərbaycan–Pakistan dostluğu: Zəfər Gününün beşinci ildönümü” mövzusunda seminar təşkil olunub. Tədbirdə Pakistanın keçmiş xarici işlər katibi Naela Çohan, İslamabad Xarici Xidmətlər Akademiyasının sabiq direktoru Taraq Vahid, Azərbaycanın İslamabaddakı səfirliyinin missiya rəhbərinin müavini Samir Əhmədli, admiral Seyid Faysal Əli Şah Hilal-e-İmtiaz və Pakistan Müsəlman İnstitutunun tədqiqatçısı Asif Tanvir çıxış ediblər.
Çıxışçılar qeyd ediblər ki, Pakistan və Azərbaycan arasında qardaşlıq münasibətləri dərin tarixi köklərə və ortaq mənəvi-mədəni dəyərlərə əsaslanır. Bildirilib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixinə, mədəniyyətinə və vətənə sədaqətinə olan sarsılmaz inamın və milli birliyin təntənəsidir. Bu Qələbə Azərbaycan xalqının dövlətinə, ordusuna və ədalətli mövqeyinə inamının rəmzidir.
“Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici universitetlərdə tədrisi layihəsi çərçivəsində Yaponiyanın Hokkaydo, Türkiyənin Ərciyəz, Bolqarıstanın K. Ohridski adına Sofiya, Rumıniyanın Aleksandr İoan Kuza və Moldova Dövlət Pedaqoji universitetlərində də Zəfər Gününə həsr edilmiş seminarlar keçirilib.
Rumıniyanın Yassı Universitetində Azərbaycan Multikulturalizm Mərkəzinin direktoru, professor Lüdmila Bejenaru, Yaponiyanın Hokkaydo Universitetində konfliktologiya üzrə PHD təhsili alan yaponşünas alim, Yaponiya hökuməti dövlət təqaüdçüsü Əlibəy Məmmədov, Bolqarıstanın Kliment Orxidski Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şiqayeva, Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Mehdiyev tədbir iştirakçılarına 44 günlük Vətən müharibəsinin gedişi, Azərbaycanın tarixi Qələbəsi və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, multikultural və tolerant dəyərlərin bu prosesdəki rolu barədə ətraflı məlumat təqdim ediblər.
Qeyd edək ki, BBMM-in 2015-ci ildən həyata keçirdiyi “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ali məktəblərdə tədrisi layihəsi çərçivəsində indiyədək dünyanın 28 aparıcı universitetində bu fənn uğurla tədris olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 07 Noyabr 2025 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















